Accessibility links

ABŞ-da rekord soyuq hava şəraiti


Dünən Alyaskada hava Floridadan daha isti olub

Dünən Alyaskada hava Floridadan daha isti olub. Amerikada bi il qış mövsümü tam alt-üst keçir.

Buna səbəb Arktikanın şaxtalı havasının öz adi məcralarını aşması olub. Bunun təsiri ABŞ-ın mərkəzi və qərb ştatlarında hiss edilir.

Alimlər bu qeyri-adi hava şəraitinin son zamanlar tez-tez baş verdiyini deyir.

​Super soyuq hava normal vəziyyətdə Arktika qütbünün burulğanında dövr edir.

"Zəiflədikdə sanki su bəndinin aşması təsirinə malik olur. Bundan sonra soyuq hava cənuba istiqamət alır'' - deyə, Atmosfer Araşdırmaları Mərkəzinin qış qasırğaları üzrə eksperti Cuda Kohen bildirir.

Onun dediyinə görə, bu, Kanada, Alyaska və ya Sibir kimi yerlərin rekord dərəcədə soyuması deyil. Kohen bu il Amerikada qış mövsümünün daha soyuq keçəcəyini proqnozlaşdırır.

Son 7 gün ərzində Bostonda hava 20 dərəcədən aşağı olmaqla rekord göstərici əldə edib. Belə bir vəziyyət tam 100 il öncə yaşanmışdı.

Soyuq hava şəraitinin ağırlaşacağı gözlənilir. Çünki Atlantik və Karib hövzəsində sinoptiklərin "qar qasırğası'' və ya "bomba siklonu'' adlandırdıqları şərait hökm sürür.

ABŞ-ın qərb sahillərində qar və şiddətli küləklər gözlənilir.

Rekord soyuqlar səbəbi ilə məktəblər bağlanıb. Bayram tətillərində 4 nəfər soyuqdan ölüb. Milli Hava Mərkəzi güclü küləklərin müşayiəti ilə havanın soyuq keçəcəyi barədə xəbərdarlıq yayıb.

XS
SM
MD
LG