Accessibility links

Barselona polisi terror hücumunun müəllifini öldürdüyünü deyir


Keçən həftənin cümə axşamı İspaniyada terror hücumu törədənlərin axtarışı əsnasında bu gün Barselonanın qərbində belində intiharçı kəməri olan şəxs polis tərəfindən öldürülüb.

Öldürülən şəxsin ötən cümə axşamı Barselonada terror hücumu törədən adam olduğunu polis bir neçə saat sonra təsdiq edib.

Biz təsdiq edirik ki, güllələnən adam Yunus Əbuyaqubdur - Barselona terror hücumunun müəllifi.

"Biz təsdiq edirik ki, güllələnən adam Yunus Əbuyaqubdur - Barselona terror hücumunun müəllifi," polis Tvitterdə yazıb.

Katalan polisi bir qədər öncə Twitter səhifəsində yazmışdı: "Şübhəli bir şəxsin belində partlayıcı qurğu bağlanmış kəmər var idi. Həmin şəxs vuruldu".

İlk öncə öldürülən şəxsin Barselonada maşınla həyata keçirilən hücumun əsas şübhəlisi olub-olmadığı məlum deyildi.

Rəsmilər Əbuyaqubun 12 adamlıq terror qruplaşmasının axtarışda olan sonuncu üzvü olduğunu bildirib.

Polis həmin üzvlərin dördünü həbs edib, yerdə qalanı isə ya öldürülüb, yaxud da partlayış nəticəsində həlak olublar.

Bazar günü keçirilən mətbuat konfransı zamanı İspaniya polisi hücumda şübhəli bilinənlərin yaşadığı evdə 120 qaz balonunun aşkar edildiyini bildirib. Regional polis idarəsinin rəisi Luis Trapero partlayıcılıarın tapılması haqda məlumatı müxbirlərə açıqlayaraq deyib ki, Barselonada bir neçə hücum keçirmək üçün kifayət qədər material aşkar edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG