Accessibility links

Ağ Evin sabiq baş strateqi mühafizəkar nəşrin rəhbərliyinə geri qayıdıb


Ağ Ev baş strateqi Stiv Bannonun Tramp Administrasiyasını tərk etməsi xəbəri cümə günü ictimaiyyətə açıqlandı. Həmin günün axşam saatlarında o, artıq köhnə iş yerinə qayıtmışdı.

Bannon Ağ Evi tərk edərək, birbaşa Breitbart Xəbər Şəbəkəsinə, bir il öncə Donald Trampın seçki kampaniyasına qoşulmaqdan qabaq rəhbərlik etdiyi ultra-mühafizəkar onlayn nəşrə qayıdıb.

Vebsəhifədə elan verilib ki, “Bannon cümə günü axşam saatlarında Breitbart Xəbər Şəbəkəsində icraçı sədr vəzifəsinə geri qayıdaraq, şirkətin redaktorlar görüşündə sədrlik edib.”

Bannon Breitbart rəhbərliyə, 2012-ci ildə, nəşrin təsisçisi Endryü Breitbartın ölümündən sonra gəlib. Onun rəhbərliyə gəlişi ilə Breitbart Xəbərlər Şəbəkəsi daha milliyətçi və alternativ sağ hərakatına (alt-right) uyğun bir xətt götürdü.

Trampın Ağ Evi qazanmasında Bannonun seçki kampaniyasına qoşularaq, populist və milliyətçi mesajları qabartmasının bötük rol oynadığı güman edilir. Lakin seçkilərdən sonra Bannon, Trampın kürəkəni Cared Kuşner də daxil olmaqla, Ağ Evin digər güclü fiqurları ilə üz-üzə gəlməli oldu.

İstefasından sonra verdiyi müsahibədə Bannon keçmiş işinə qayıdaraq, Trampın yolunun üstündə dayanan maneələri hədəf götürəcəyini bildirib: “Bir çaşqınlıq olmasın deyə, aydın bildirim ki, mən Ağ Evi tərk edərək, Trampın Kapitolidə, mediada və Amerikanın özəl sektorunda olan rəqiblərinə qarşı mübarizəyə qoşuluram.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG