Accessibility links

Amerika polisi ilə icmalar arasında gərginlik [Video]


Amerika polisi ilə icmalar arasında gərginlik
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Polis işçilərinin vətəndaşları güllələməsini göstərən videolar nümayiş etdirildikdən sonra polislə azlıq icmaları arasında gərginlilkər artıb və bütün Birləşmiş Ştatlar boyu etirazlara səbəb olub. Bu səbəbdən Kaliforniyanın Stokton şəhərində polislə icma qrupları arasında gərginliyin azalması yolunda iş aparılır.

Son aylarda polisin azlıqların icmalarına qarşı törətdiyi zorakılıqlar böyük etirazlara səbəb olub. Polis işçiləri də zorakılıqların qurbanı olur. Belə insidentlər federal rəsmilər və yerli polisin narahatlığına səbəb olub və onlar ölüm hadisələrinin aradan qaldırılması üçün yollar axtarır.

Kaliforniyanın Stokton şəhərində yeni işçilər də daxil edilməklə, hər bir polis xüsusi təlimlərdən keçir. Onlara polislə mülki vətəndaş arasında hörmət və ünsiyyətin vacibliyi haqqında məlumat verilir.

Stokton Polis İdarəsinin rəisi Erik Cons azlıqların polisdən şübhəli olduğunu deyir. “Araşdırmalar göstərir ki, o icmalarda ki cinayət səviyyəsi yüksəkdir, o icmaların ki polisə daha çox ehtiyacı var, onlarla polis arasında etimadsızlıq mövcuddur.”

Çikaqoda keçirilən belə təlim proqramları küçələrdə gərgliyin azalmasına yardım edib.

Stoktonun digər məhəlləsində icma qrupları “Qardaşımı qoruyum” adlı federal proqramı haqda müzakirələr aparır. Bu, bir yaşı olan proqram Ağ Evin təşəbbüsü ilə hazırlanıb. Bütün ölkə üçün nəzərdə tutulan bu proqram azlıq təşkil edən hər bir vətəndaşın yaşadığı şəhərin həyatında aktiv iştirak etməsinə yardım edir.

Müxtəlif icmaları olan Stokton şəhərində cinayətlərin çox olduğu narahat məhəllələr var. San-Vuakinin “Ata və Oğullar” qrupu da daxil edilməklə, icma qrupları ailələrini və gəncləri zorakılıqdan uzaq tutmaq yolunda çalışır. Qrupun direktoru Sammi Nonez təbliğatın həm milli, həm də yerli olmalı olduğunu deyir. “Hər icma fərqlənə bilər, lakin problemlər eynidir. Buna görə də spesifik müalicə gərəkdir.”

Stokton əsasən cinayətkar dəstələrin üzvlərini hədəf alır ki, onları silah və zoraıklıqdan uzaq tuta bilsin. Ken Prigitzer şəhərin “Sülhməramlıların Əməliyyatı” proqramının meneceridir. “Bizim müvəffəqiyyətlərimiz olduğu kimi, uğursuzluqlarımız da olur. Bu sadəcə dəyişmək istədiyimiz fərddən, üzərimizə götürdüyümüz öhdəlikdən asılıdır.”

Lakin vəkil və fəal Frank Quzman deyir ki, Stokton kimi şəhərlərin problemləri çox dərindir. O da yeniyetmə olarkən oğurluq üstündə həb edilib. Lakin sonradan koleci və hüquq fakültəsini bitirib. Onun sözlərinə görə, Vaşinqton belə proqramları dəstəkləyir. “Mən ümid edirəm ki, Obama administrasiyasının səsi aşağılarda eşidiləcək, əsasən də çox zaman məsuliyyət hissi olmayan dövlət işçiləri bunu eşidəcək.”

Bütün səylərə baxmayaraq, icma yığıncaqlarında Stokton və Amerikanın digər 5 şəhərində problemləri həll etməyin çətin olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG