Su stresi dünyada miqrasiya axınının artmasına səbəb olan faktorlardan biridir. Bu, BMT-nin son araşdırmalarından məlum olub.
Su stresi yalnız su qıtlığı demək deyil. Suyun keyfiyyəti də bir çox icmaların daimi olaraq köcmələrinə və şəhərlərdə əhali sayının artımına yol açacaq.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bildirdiyinə görə, su stresi miqrasiyanı artırsa da, su qıtlığına yol verilməməsi vəziyyəti dəyişə bilər.
Təşkilatın Braziliyada keçirilən 8-cı Dünya Su Forumuna video-mesaj göndərən direktoru Hose Qraziano Silva deyib ki, dünya əhalisinin 3-də 2-si hər il su problemlərinin müxtəlif formalarına məruz qalır. İcmaların ehtiyac duyduğu kənd təsərrüfatı sahəsi daha böyüş təsir altındadır.
Dünyada su həcmi ötən əsrdən bəri 6 dəfə azalıb. 180 səhifədən ibarət araşdırmalardan məlum olub ki, iqlim dəyişikliyi ilə qeyri-normal yağıntı, quraqlıq və yüksək temperatur su atılığna yol açıb.
Su böhranına mane olmaq üçün investisiyalar miqrasiyanı azalda bilər. Araşdırmalarda bildirilir ki, su qıtlığı və miqrasiya probleminin həlli müşkül olaraq qalır.
Ekspertlər quraqlığın Suriya münaqişənin ilkin mərhələsində rol oynadığını düşünür. Belə ki, 1.5 milyon əkinci həmin vaxt ən ağır quraqlıq dövrünü yaşayırdı.
Quraqlığın münaqişənin əsəs faktoru olmamasına baxmayaraq, onun siyasi və sosial məsələlərə əlavə təzyiq göstərdiyi bildirilir.
Ekspertlərin fikrincə, 2040-cı ilədək əhali və temperatur artımı ilə dünya ən ağır quraqlıqla üzləşəcək.
Hər il dünyada təmiz suların 70 faizindən kənd təsərrüfatı sahəsində istifadə edilir.
Buna mane olmaq üçün suya qənaət edən damçı meliorasiya sisteminə ehtiyac var.