Accessibility links

Cənubi Sudanın müharibə tərəfləri Efiopiyada sülh danışıqlarına başlayıb


Cənubi Sudanın müharibə tərəfləri Efiopiyada sülh danışıqlarına başlayıb. Görüş Addis Ababada bir neçə günlük yubadılmadan sonra bu gün baş tutub.

Prezident Salva Kirin təmsilçiləri və eks-prezident Riek Makar atəşkəs və rəqib döyüşçülərin siyasi məhbusların azad edilməsi tələbini müzakirə edir.

Cənubi Sudanın informasiya naziri Maykl Makui bu gün keçirilən mətbuat konfransında deyib ki, hökumət çevriliş cəhdində ittiham edilən siyasi məhbusların dərhal azad edilməsinə dair təzyiqlərə məhəl qoymayacaq.

ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun sülh danışılarını dəstəklədiyini, lakin fürsətdən istifadə edərək gücə əl atanlara qarşı beynəlxalq təzyiqlərini davam etdirəcəyini deyib.

Cənubi Sudanda iğtişaşlar dekabrın ortalarında əsgərlərin ordu qərargahına hücum etməsi ilə başlayıb. Prezident Kir Makarı çevriliş cəhdində ittiham edir.
XS
SM
MD
LG