Accessibility links

Sudan polisi nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib


Polis artıq üçüncü həftədir Sudan prezidenti Ömər Əl-Bəşirin istefasinı tələb edən minlərlə nümayiçiyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Paytaxt Xartumda etirazçılar “Sudan Professionallar Assosiasiyası”nın bir qrup həkim, müəllim və mühəndis üzvünün çağırışı ilə keçən aydan bəri başlayan tətillərə və nümayişlərə qoşulub.

Kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Sudan hökuməti dekarbrın 19-dan, nümayişlərə başlandığı gündən bəri 19 nəfərin öldüyünü bildirib.

“Amnesty International” insan haqları qrupunun bildirdiyinə görə, nümayişlər zamanı 37 nəfər ölüb.

Ölkənin bir neçə regionunda məktəblər bağlanıb və fövqəladə vəziyyət elan edilib.

Ömər Əl-Bəşir hakimiyyətə 1989-cu ildə hərbi çevriliş etməklə gəlib.

Son aylar Sudanda ərzaq qiymətləri kəskin şəkildə artıb, inflyasiya isə 60 faizi ötüb.

XS
SM
MD
LG