Accessibility links

Süleymani İranın Yaxın Şərqdəki müttəfiqlərini necə idarə edirdi


Ötən həftə ABŞ-ın hava zərbələri nəticəsində öldürülən İran generalı Qasım Süleymaninin Tenranın nüfuzunu İran sərhədlərindən aşmasında xüsusi xidmətləri olub.

Onun İranın regional siyasətini yeritmək kimi unikal bacarığı İranın ali ruhani lideri Ayətulla Əli Xamaneyi tərəfindən hələ 1998-ci ildə yüksək qiymətləndirilmişdi. O zaman Süleymani İslam İnqilabı Qvardiyası Korpusuna baş komandan təyin edilmişdi.

Süleymaninin yeni vəzifəsi onu Tehranın regionadakı əlaltıları ilə birbaşa əlaqəyə yönəltdi.

Bundan əlavə Hizbulla kimi siə qruplaşmaların möhkəmləndirilməsi və birləməsi Süleymaninin yeni öhdəliyinə çevrildi.

Ərəb Baharının bitməsi, Suriya və İraqda İŞİD-in kök salması da İrana öz siyasətini həyata tətbiq etmək kimi bir imkan yaratmış oldu.

İran 2014-cü ildən bəri regionda təriqət qüvvələrinin yaradılmasına xidmət edib.

Vaşinqtonda yerləşən Yaxın Şərq Siyasəti İnstitunun əməkdaşı Fillip Smit hesab edir ki, Süleymaninin əsas vəzifəsi İrana sadiq və effektiv insanları seçmək idi.

Şəbəkələr

Şiə Milis Xəritəçəkmə Layihəsi-2019-un müəllifi Smit Amerikanın Səsinə bildirib ki, Süleymani İslam İnqilabı Qvardiyası Korpusu ilə rəsmi və qeyri-rəsmi əlaqələrə malik olan şəbəkələrlə iş birliyi aparırdı.

Süleymaninin ölümündən sonra regionda İranın hərbi fəaliyyətlərinin artırılması səylərinin ardınca Xameyni Qüds qüvvələrinin müdafiə xərcləri üçün 200 milyon dollardan artıq yardım vəsaiti ayırıb.

İran parlamenti yanvarın 7-də ABŞ ordusu və hərbi qüvvələrin bütün üzvlərini, habelə Pentaqonu "terrorçu" olaraq tanıyan qanun layihəsini qəbul edib.

Qanun layihəsinə əsasən, ölkə hakimiyyəti həmçinin Süleymaninin başçılıq etdiyi Qüds qüvvələrini gücləndirmək üçün Milli İnkişaf Fondundan 200 milyon avro ayırmalıdır. Qüds qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun elitar bölməsidir. ABŞ 2019-cu ilin aprel ayında Qüds qüvvələrini terror təşkilatı kimi tanıyıb.

Hizbulla

Livanın Hizbulla şiə qrupu İranın Yaxın Şərqdəki ən güclü əlaltısıdır. 1980-ci illərdə təsis edilən bu qrup regionda ABŞ və İsrailin maraqlarına qarşı həyata keçirilən bir sıra ağır hücumlara görə cavabdehidir.

2011-ci ildən baş qaldıran Suriya müharibəsində Hizbulla Homs və Hələb də daxil edilməklə, əsas şəhərlərin ələ keçirilməsində ciddi rol oynayıb. Hizbulla Suriya-Livan sərhədlərində bir çox bəlgəyə nəzarət edir.

Səfərbərlik Güvvələri Cəbhəsi (PMF)

İran İraqın şiə dini rəsmiləri də daxil edilməklə, ona sadiq müttəfiqləri ilə bərabər Səfərbərlik Güvvələri Cəbhəsi altında yeni qüvvələr formalaşdırıb.

PMF altında onlarla qüvvə səfərbər edilib. Onların bəziləri Tehranla birbaşa danışqılar aparıb.

Kətaib Hizbulla şiə qrupunun lideri Əbu Mehdi Əl-Mühəndis Süleymani ilə birgə öldürülüb. Onun qrupunun üzvləri ABŞ-ın Bağdaddakı səfirliyinə hücum edənlər arasında olub. ABŞ Dövlət Departamenti 2009-cu ildə təsis edilən bu qrupu terroçu təşkilatlar siyahısına salıb.

(AHH)

AHH İraqda fəaliyyətdə olan daha bir şiə qruplaşmasıdır. Bu qrupun bəzi döyüşçüsü Suriyada İnqilab Keçikçiləri Korpusunun komandanlığı ilə hərəkət edir.

ABŞ Dövlət Departamenti Süleymaninin öldürülməsindən bir neçə saat sonra bu qrupu terrorçu təşkilatlar siyahısına salıb.

2006-cı ildə təsis edilən Asaib Əhl Əl-Həq ABŞ-ın İraqdakı qüvvələrinə qarşı hücumlar təşkil edir.

Daha bir şiə təşkilatı 1983-cü ildə təsis edilən Bərd qruplaşmasıdır ki, bu qrup İranın İraqdakı ən günlü müttəfiiqidir.

2014-cü ildə İŞİD-ə qarşı mübarizənin başlandığı vaxt bu qrup sıralarına 7000-dən çox yeni döyüşçü cəlb etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG