Accessibility links

Myanmarda sülh danışqlarının ikinci raunduna start verilib


Myanma lideri Aunq San Suu Kyinin rəhbərliyi altında keçirilən danışıqların ikinci raundu çərşənbə günü paytaxt Naypyitavda başlayıb. Avqust ayında keçirilən ilk danışıqlarda heç bir irəliləyişin əldə olunmamasına görə isə tərəflərdə məyusluq yaranmışdı.

O zamandan bəri ölkənin şimalında etnik silahlı qruplarla ordu arasında qarşıdurmaların çoxalması ilə sülhün əldə olunması doqquz ay öncə ilə müqayisədə daha uzaq görünür.

Biz Ümimmilli Atəşkəs Razılığını imazalamış etnik silahlı təşkilatlara dialoq aparmağa hazırıq və onları bu razılığa cəlb etmək istəyirik.

Bu arada isə proseslə bağlı aydınlığın olmaması 2011-ci ildə başlayan döyüş nəticəsində didərgin düşən 120 min insanda qeyri-müəyyənlik hissi ayardıb.

Konfrasda çıxış edən Suu Kyi bütöv Myanmanın daxil olacağı razılıq əldə etmək istədiyini deyib.

“Biz Ümimmilli Atəşkəs Razılığını imazalamış etnik silahlı təşkilatlara dialoq aparmağa hazırıq və onları bu razılığa cəlb etmək istəyirik," deyə o bildirib.

Myanmar ali baş komandanı Min Aunq Hlainq sülh danışıqlarına gəlir. Naypyitau, 24 may, 2017. (A. N. Soe Amerikanın Səsi üçün)
Myanmar ali baş komandanı Min Aunq Hlainq sülh danışıqlarına gəlir. Naypyitau, 24 may, 2017. (A. N. Soe Amerikanın Səsi üçün)

1947-ci ildə etnik qruplarla Aunq San Suu Kyinin atası Aunq San arasında əldə olunan razılığa uyğun olaraq 21-ci Əsrin Panglong Konfransı adlanan danışıqlar 1948-ci ildə müstəqillik əldə edilndən bəri davam edən münaqişələrə son qoymaq məqsədi daşıyır. Bu münaqişələrə son qoymaq üçün ən ideal çözüm isə federal ittifaqın yaranması olar.

Danışıqlarda başlanğıc nöqtəsi olaraq köhnə administrasiya zamanı səkkiz etnik silahlı təşkilatı tərəfindən imzalanan Ümummilli Atəşkəs Razılığından istifadə edilib. Lakin danışıqların başlamasında bəzi yubanmalar olub, bir neçə etnik qrup isə danışıqlarda iştirak etməyib.

XS
SM
MD
LG