Accessibility links

Suriyada atəşkəs [Video]


Suriyada atəşkəs
please wait
Embed

No media source currently available

0:00 0:01:34 0:00

Suriyada atəşkəsin müvəffəqiyyətlə davam etməsi münaqişədə iştirak edən əsas tərəflərin atacağı addımdan aslıdır. Təhlilçilər deyir ki, münaqişədə iştirak edən tərəflər siyasi danışıqlar üçün planlar hazırlamalı və davamlı sülhə nail olunması üçün atəşkəsin pozulmasının ciddi nəticələrinin olacağını aydın şəkildə bildirməlidir.

Suriya hökuməti və üsyançıların genişmiqyaslı hücumlarını dayandırmaları siyasi danışıqların tempindən aslıdır, deyə təhlilçi Stiven Heydeman bildirir.

Stiven Heydeman: “Bizim siyasi prosesə yenidən başlamaq üçün çox az vaxtımız var. Əgər biz bu fürsəti itirsək, fikrimcə, münaqişənin əvvəlki səvyyədə yenidən başlaya biləcəyini əvvəlcədən görməliyik.”

ABŞ xüsusi elçisi Staffan de Mistura Suriya hökuməti və müxalifət arasında fevralın əvvəlində durdurulan danışıqların yenidən bərpası üçün vaxtı martın yeddisinə təyin edib.

Təhlilçilər deyir ki, böhranda içtirak edən tərəflər atəşkəsin pozulmasına necə cavab verilməsi və münaqişədə hər iki tərəfin necə davranması məsələlərini də müzakirə etməlidir.

Adam Ereli: “Atəşkəs status quo-ya son qoyur, doğrudur? Bu, hökumətin xeyrinədir. Bu onların əldə üstünlüklərdən istifadə edib müxalifəti neytrallaşdırmaq üçün başqa ölçülər götürməsinə imkan yaradır.”

ABŞ rəsmiləri nikbinliklərini ehtiyatla ifadə edərək, atəşkəsin humanitar yardımın çatdırılmasını tezləşdirə biləcəyini bildirir.

Eş Karter: “Bu, vətəndaş müharibəsinə və Suriya xalqının əziyyətlərinə son qoymaq üçün ilk addım ola bilər.”

Rəsmilər eyni zamanda atəşkəsin pozulması hallarının araşdırılmasını istəyir. Onlar bildirir ki, hələlik atəşkəsin pozulması halları və buna nə kimi cavab verilməsi ilə bağlı qərar qəbul edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG