Accessibility links

Növbəti Suriya danışıqları fevralın sonunda keçiriləcək


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura BMT-nin sponsorluğu ilə növbəti Suriya sülh danışıqlarının fevralın 20-də keçiriləcəyini deyib.

Cenevrədə keçiriləcək danışıqlar ilkin olaraq fevralın 8-ə nəzərdə tutulmuşdu, lakin çərşənbə axşamı de Mistura müxalifət deleqasiyasının o zamanadək iştirakçılarını bir araya toplaya bilməyəcəklərini düşündüyü deyib.

De Mistura BMT-nin Təhlükəsizlik Şurasını, ötən ay Qazaxıstanda keçirilən danışıqlar da daxil olmaqla, sülh prosesindəki irəliləyişlər barədə məlumatlandırıb.

Həmin danışıqlar Rusiya, Türkiyə və İranın dekabrda əldə olunan yarımçıq sülhə nəzarət etmək üzərində razılaşıblar.

Təhlükəsizlik Şurası Qazaxıstan danışıqlarının “atəşkəsin gücləndirilməsinə” doğru atılan bir addım olduğunu bildirib və bu danışıqların Suriyada altı ildiri davam edən münaqişəyə siyasi həll tapmaq yolunda irəliləyişlərə gətirib çıxaracağına ümidini ifadə edib.

Şura döyüşlərin tamamilə dayandırılmasını və Suriyanın başçılığl ilə yeni konstitusiyası və yeni seçkilərin yer aldığı siyasi keçidi dəstəkləyirlər.

Bu planda gələcəkdə prezident Bəşər əl-Əsədin hanıs rol oynayacağı xüsusi olaraq qeyd edilməyib. Bu isə illərdir danışıqlara maneə yaradıb, çünki üsyançılar onun hakimiyyətdən getməsini tələb edir, İran və Rusiya daxil olmaqla, Əsədi dəsətkləyəndlər isə onun hakimiyyətədə qalmasında israr edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG