Accessibility links

Suriyanın Milli Koalisiyası İstanbulda görüş keçirir


Suriyanın müxalif Milli Koalisiyası İstanbulda görüş keçirib, Cenevrədə təşkil ediləcək sülh konfransında iştirak edib-etməməsi məsələsini müzakirə edir. Görüşün sabah da davam etdiriləcəyi gözlənilir.

Bu gün koalisiyanın üzvü Hatəm Əl-Maleh Cenevrə konfransının nəticə verəcəyinə skeptik yanaşdığını və Suriya rejiminin insanları qətlə yetirməsi və həbslərə məhkum etməsini davam etdiyi bir vaxt koalisiyanın konfransa qatılmayacağını bildirib.

Rəqib qüvvələr bundan əvvəl Cenevrə-2 danışıqlarını yalnız Bəşar Əl-Əsədin istefa verdiyi təqdirdə qəbul edəcəklərini deyir.Lakin BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi heç bir şərtin qəbul edilməyəcəyini deyir.
XS
SM
MD
LG