Accessibility links

Suriyanın yemək mədəniyyəti ilə bağlı kitab ölkənin insani tərəfini göstərir


İslam Dövləti qrupu Rəqqanın nəzarətini ələ keçirib, de fakto paytaxtı elan etmədən öncə şəhərin Əl Naim Meydanı həayt dolu idi. Qrupun hakimiyyəti zamanı Əl Naim ya da “Cənnət Meydanı”nda başlar kəsildiyi, dəhşətli ictimai edamların olduğu və kitablar və siqaretlərin yandırıldığı məkana çevrilmişdi

Şaima Rəqqadakı uşaqlıq xatirələrini yada salır. O hər gün qardaşının onu Əl Naim Meydanın aparıb, orada ona Suriya-üsulunda dondurma aldğını və onun çəməndə oturub oynayan uşaqları seyr edərək, dondurmanı yediyi vaxtları xatırlayır. 2015-ci ildə o, İslam Dövləti qrupundan və ona qarşı zorakılıq edən ərindən qaçaraq Suriyanın cənubuna qaçıb. Orada o, ağacdan alma yığaraq pul qazanır.

Hər gün həyatda qalmaq üçün apardığı mücadilələrə baxmayaraq, Şaima Rəqqa mətbəxi və irsinə olan həvəsini itirməyib. Onun vətənindəki kulinariya sənətinə olan həvəsi adətən adı zorakılıqla əlaqələndirilən Suriyanın başqa tərəfini göstərməyə çalışan iki qadının Suriyanın yemək mədəniyyəti haqqında yazdığı kitabda işıqlandırılıb.

Müəlliflər

İtab Azzamn və Dina Musəvi Londonda tanış olub. Suriyanın yemək mədəniyyəti ilə bağlı kitab yazmaq fikri onlarda Beyrutda bir qrup suriyalı qadın ilə teatr layihəsi üzərində çalışarkən yaranıb.

"Our Syria: Recipes from Home"
"Our Syria: Recipes from Home"

“Təəssüf ki, Suriya dünyanın ən dəhşətli təşkilatı İŞİD-ə ev sahibliyi etdiyinə görə tanındı,” deyə Bizim Suriya: Evdən Gələn Reseptlər adlı kitabın həm-müəllifi Azzam Amerikanın Səsinə bildirib.

Britaniyada fəaliyyət göstərən mükafat sahibi kinorejissor və teatr prodüseri Azzam Suriyanın İordaniya ilə sərhədindəki dağlıq ərazidə yerləşən Svaydada anadan olub. Azzam kimi kinorejissor və teatr prodüseri olan Musəvi isə Bağdadda böyüyüb və müharibənin yaratdığı faciənin şahidi olub. Onun ailəsi İraq müharibəsi zamanı ölkədən qaçıb.

“Biz bunu Suriya barədə mübsət bir şey olaraq gördük. Bu, ölkənin yemək və mədəniyyətini, eləcə də Suriya qadınlarının gücünü göstərməyin bir yoludur. Və təbii ki, biz yemək vasitəsilə başqa suriyalılar ilə əlaqə yaratmaq istədik,” deyə Azzam bildirib.

İlham mənbəyi

Azzam və Musəvi Yunanıstan, Almaniya, Livan və Suriyaya səyahət edib, orada müharibə nəticəsində didərgin düşən qadınlarla görüşüb və onların gizli reseptlərini öyrənib. Bunu edərkən isə onlar bu qadınların yeməklərlə bağlı xatirələrini və indi yemək vasitəsilə Suriyadakı həyatları ilə necə əlaqə qurduqlarını dinləyib.

Hər iki qadın Suriyanın insani tərəfini göstərməyə çalışırdı. Müharibə səbəbilə bütün ölkəni bürüyən gəmginliyə baxmayaraq, Beyrut, Berlin və Bredfordda kiçik mənzillərdə yaşayan suriyalılar “evlərini xatırladan yeməkləri bişirmək üçün təzə məhsullar axtarır,” deyə onlar yazıb.

Azzam və Musəvi deyir ki, Suriya xalqı artıq bir statistikaya çevrilib, onlar xəbərlərdə ya cinayətkarlar ya da qurban kimi təsvir olunur. Amma müəlliflər suriyalıları digər xalqların nümayənədləri kimi təqdim etməyə çalışır: “Bizdə yaxşı insanlar, pis insanlar, həkimlər, müəllimlər, rəqqaslar var. Hər kəs kimi biz də ana, ata, bacı, yoldaş, qardaşıq və biz yemək yeməyi sevirik!”

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissiyasının verdiyi məlumata görə, 11 milyon suriyalı didərgin düşünb. Onların 4,8 milyonu Türkiyə, Livan, İordaniya, Misir və İraqa qaçıb, 6,3 milyonu isə ölkə daxilində məcburi köçkün olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG