Accessibility links

Suriyadakı qətliam ictimai qəzəb doğurub [Video]


BMT müşahidəçiləri mərkəzi Suriya kəndi Tremseyə daxil olublar. Bir gün öncə tank və helikopterlərin müşayiəti ilə hökumət qüvvələrinin burada azı 220 adamı qətlə yetirdikləri deyilir.

Prezident Bəşər Əsədə məxsus qüvvələrin kəndə hücumu onlarla adamın ölümü ilə nəticələndikdən sonra ABŞ Suriya liderlərini “qatil” adlandırıb. Amma dünya liderləri arasında Suriya böhranında çıxmaq yolları barədə konsensus yoxdur.

BMT Baş katibi Ban Ki Mun Tremse kəndinin bombardman edilməsini pisləyib. Cənab Ban həmçinin Əsədin BMT-nin sülh planına sədaqətini sual atlına alıb.

Şənbə günü səhər fəallar Suriya boyu, əsasən Homs vilayətində, 30 adamın öldürüldüyünü xəbər verirlər. Ehtimallara görə Suriyada üsyan başlayandan bəri 17,000 adam həlak olub.

ABŞ-dan fərqli olaraq Çin liderləri Suriyadakı qətliamı pisləmiş, lakin hadisənin kim tərəfindən törədildiyini söyləməmişlər.

Çin və Rusiya müntəzəm qaydada Qərbin Suriya hökumətinə qarşı sərt ölçülərinin qarşısını alırlar və “rejim dəyişikliyinə” zidd çıxırlar.

Tremse kəndindəki qətliamı təsvir edən şəxs kişilərin sıraya düzülərək boğazlarının kəsildiyini, gözlərinin çıxarıldığını və cəsədlərinin yandırıldığını deyib.

Bəşər Əsədin mənsub olduğu ələvi təriqətinə məxsus adamlardan ibarət Şəbiha dəstəsi qətliamı törətməkdə ittiham olunur.
Tremsehdə Qətliam
please wait
Embed

No media source currently available

0:00 0:01:29 0:00
Direct link
XS
SM
MD
LG