Accessibility links

Suriya üsyançıları Qutada yaralıların evakuasiyasına razı olub


Suriya üsyançılarının mühasirədə olan Quta şəhərinin şərqindəki əsas qruplarından biri Rusiya ilə Dəməşqin ətrafındakı bu ərazidən yaralıların çıxarılmasına dair razılaşma əldə edib.

Ceyş Əl-İslam qrupu bu addım haqda bu gün məlumat verərək, Rusiya ilə razılışmanın əldə edilməsi üçün BMT vasitəsilə əlaqə qurulduğunu bildirib.

Yaralıların üsyançı döyüşçülər, ya da mülki vətəndaşlardan ibarət olduğu aydın deyil. Qrup bildirib ki, yaralıların evakuasiyası mərhələli şəkildə keçiriləcək, lakin əməliyyatın nə vaxt və insanların haraya təxliyyə ediləcəyi haqda detallar verilməyib.

Suriya hərbi qüvvələri Rusiya hərbi qüvvələrinin dəstəyi ilə son aylar ölkə paytaxtının ətrafında hələ də müxalif döyüşçülərin nəzarətində olan əsas ərazilərin nəzarətini geri almaq məqsədilə Qutanın şərqində hücumları intensivləşdirib.

Suriyada vəziyyəti izləyən Britaniyada mənzillənən İnsan Hüquqlarını Müşahidə qrupu Şərqi Qutada mindən çox mülki vətəndaşın öldürüldüyünü bildirir.

Suriyada münaqişə 2011-ci ilin mart ayında başlayıb. Müşahidə qrupunun bildirdiyinə görə, ölən insanların sayı artıq 500 mindən çoxdur.

BMT-nin Təhlükəsizlik Şurası tibbi və humanitar yardıma ehtiyacı olanların kömək ala bilməsi üçün Suriyada 30 gün müddətində döyüşlərin dayandırılmasını tələb edib. Lakin Təhlükəsizlik Şurasının qətnaməsinə əsas etibarilə əməl olunmur.

BMT-in baş katibi Antonio Quterreşin atəşkəsə əməl olunmasını müzakirə etmək üçün Təhlükəsizlik Şurasında bazar ertəsi günü keçirilən iclasda çıxış edəcəyi gözlənilir.

XS
SM
MD
LG