Accessibility links

Suriyada bomba hücumu 5 şagirdin həyatına son qoyub


Suriyanın şərqində Homs vilayətinin başlıca məktəbi yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində şagirdlərində öldüyü bildiirlir.

Dövlət mediasının məlumatına görə, Umm Əl-Əmed şəhərindəki hücum 5-i uşaq olmaqla 8 nəfərin həyatına son qoyub.

Müxalifət fəalları isə ən azı 12 nəfərin öldüyünü deyir.

Bundan başqa Suriya üsyançıları bildirir ki, hölumət təyyarələri şimal şəhəri olan Hələbdə üsyançıların nəzarətində olan əraziləri bombalamağa davam edir.

Hücumlar artıq 8-ci gündür səngimək bilmir. Üsyançı fəallar hökuməti mülki sakinlərə "çəllək bombaları" atdığını deyir.

BMT bildirir ki, Suriya üsyançıları ilə hökumət arasında üç ilə yaxındır davam edən münaqişə zamanı 100 mindən çox insan həlak olub.
XS
SM
MD
LG