Accessibility links

Suriyada münaqişənin gərginləşəcəyinə dair narahatlıqlar mövcuddur


Türkiyənin hərbi konvoyu İdlibdə. m

Cümə günü Türkiyə qüvvələrinin 33 əsgərin ölümünə cavab olaraq Suriya ordusuna hücum etməsi ilə Suriyada münaqişənin intensivləşəcəyinə dair narahatlıqlar artıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsgərlərin öldürülməsinə cavab olaraq Türkiyədəki miqrantların Avropaya keçməsinə mane olmayacağını açıqlayıb.

Minlərlə miqrant Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədinə toplaşıb. Yunanıstan polisi şənbə günü ölkəyə keçməyə çalışan miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Ərdoğan deyib ki, Türkiyə vətəndaş müharibəsindən qaçan üç milyon yarımdan çox suriyalıya ev sahibliyi edir və ölkəsi bundan artıq miqrant qəbul edə bilməz.

Miqrantlar onları Yunanıstanla sərhədə aparan avtobusa minməyə çalışır
Miqrantlar onları Yunanıstanla sərhədə aparan avtobusa minməyə çalışır

Birləşmiş Millətlər Təşkilatı bu ay bildirib ki, İdlibdə 3 milyona yaxın suriyalı yaşayır. Bir milyona yaxın insan son döyüşlər nəticəsində evlərindən didərgin düşün və onların çoxu artıq Türkiyə sərhədindədir.

Hakim AK Partiyasının sözçüsü Ömər Çelik cümə günü Türkiyənin artıq Avropaya getmək istəyən “qaçqınları saxlaya bilmədiyini” açıqlayıb. Bu açıqlama Avropa İttifaqına təzyiq kimi qiymətləndirilib. Yerli media xəbər verir ki, pulsuz avtobuslar insanları sərhədə və ya dəniz yolu ilə keçiə biləcəkləri nöqtələrə aparır.

Ankara Qərb müttəfiqlərini Suriyadakı qüvvələrini dəstəkləməyə çağırır. "Beynəlxalq ictimaiyyət vətəndaşları qorumaq və uçuşa qadağa zonası tətbiq etmək üçün hərəkətə keçməlidir”, Türkiyə prezident aparatının kommunikasiya direktoru Fəxrəddin Altun Twitter hesabında yazıb.

Türkiyə cümə günü NATO-da fövqəladə iclasın keçirilməsinə çağırıb, lakin həmrəylik mesajı alsa da, dəstəklə bağlı heç bir konkret tədbirlər barədə razılıq əldə olunmayıb.

Rusiya və Türkiyə prezidentləri cümə telefonla danışıb, lakin belə görünür onlar ritorikanın yumşadılması və ya döyüşlərin dayandırılması ilə bağlı razılıq əldə etməyiblər.

Kreml bildirib ki, liderlər vəziyyəti normallaşdırmaq üçün əlavə tədbirlərə ehtiyacın olduğu üzərində razılaşıb və yaxınlarda sammitin keçirilmə “ehtimalı var”.

“İki lider ən tez zamanda üz-üzə görüş keçirəcək” – Altun deyib.

Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Suriya vətəndaş müharibəsində rəqib tərəfləri dəstəkləsə də, münaqişənin həlli yolunda yaxından əməkdaşlıq edib.

Qaziantep şəhərində İdlibdə öldürülən Türkiyə əsgərinin dəfn mərasimi
Qaziantep şəhərində İdlibdə öldürülən Türkiyə əsgərinin dəfn mərasimi

Lakin cümə axşamı baş verən ölümcül hava hücumu Türkiyə ilə Rusiya arasında gərginliyi artıra bilər.

Ərdoğan Dəməşq qüvvələrinə şənbə gününədək ən son ələ keçirdiyi əraziləri geri verməsi və Ankara ilə Moskva arasında Soçidə üzərində razılıq əldə etdiyi deeskalasiya zonasından geri çəkilməsi üçün ultimatum göndərib.

ABŞ prezidenti Donald Tramp da cümə günü Ərdoğanla telefonla danışıb. Ağ Ev bəyanatında bildirib ki, Tramp Suriyada Türkiyə heyətinə hücumu qınayıb və “Türkiyənin Suriyada gərginliyi azaltmaq və humanitar fəlakətin qarşısını almaq səylərinə dəstəyini təkrar ifadə edib.”

Bəyanatda həmçinin qeyd edilib ki, Tramp və Ərdoğan “Suriya rejimi, Rusiya və İran rejiminin daha çox mülki vətəndaş öldürülmədən və ya didərgin düşmədən hücumlara son qoymalı olduqları üzərində razılaşıb.”

ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib ki, Birləşmiş Ştatlar hücumdan sonra Türkiyəyə yardım etməyin yollarını nəzərdən keçirir.

“Biz fevralın 27-də İdlibdə onlarla Türkiyə əsgərinin ölümü ilə nəticələnən Türkiyə qüvvələrinə qarşı mənfur və arsız hücumdan sonra NATO müttəfiqimiz Türkiyənin yanındayıq,” o, bəyanatda bildirib.

XS
SM
MD
LG