Accessibility links

Suriya hökuməti fövqəladə vəziyyətin ləğvi barədə qərarı təsdiq edib


Suriya hökuməti fövqəladə vəziyyətin ləğvi barədə qərarı təsdiq edib
Suriya hökuməti fövqəladə vəziyyətin ləğvi barədə qərarı təsdiq edib

Suriya hökuməti bu gün nümayişçilərin əsas tələbi olan fövqəladə vəziyyətin ləğvi barədə qərarı təsdiq edib. SANA rəsmi xəbər agentliyinin bildirdiyinə görə, Suriyada siyasi məhbusları mühakimə edən təhlükəsizlik məhkəməsinin bağlanması və dinc nümayişlərin keçirilməsinə icazə verilməsi barədə yeni qanunlar qəbul edilib. Qanunların qüvvəyə minməsi üçün prezident Bəşar Əl-Əsəd onları imzalamalıdır.

İnsan hüququları müdafiəçiləri isə Suriya təhlükəsizlik qüvvələrinin ölkənin üçüncü böyük şəhəri Homsun Səa Cədidə meydanına toplaşan yüzlərlə etirazçıya atəş açdığını bildirmişdi. Dünən yüzlərlə nümayişçi artıq on illərdir qüvvədə olan fövqəladə vəziyyətlə bağlı qanunun ləğvi tələbi ilə meydanda oturaq nümayiş keçirəcəklərini bildirmişlər. Nümayişçilər Homs meydanına bazar günü qarşıdurmalarzamanı qətlə yetirilən 12 nəfərin dəfn mərasimindən sonra toplaşmişdılar. Suriyanın Daxili İşlər Nazirliyi iğtişaşları “Sələfilər” təşkilatı tərəfindən həyata keçirilən silahlı üsyan adlandırıb. Kökləri Səudiyyə Ərəbistanından qatı-mühafizəkar sünni İslamçılar olan “Sələfilər” bütün region boyu yayılmışlar.

XS
SM
MD
LG