Accessibility links

Hələbin üsyançıların nəzarətində olan ərazilərinə hava hücumları intensivləşib


Bu gün Suriyanın Hələb şəhərində üsyançıların nəzarətində olan ərazilərə hava hücumları intensivləşib.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı cümə günü gecə saatlarından başlayaraq səhər qədər azı 30 hava hücumunun edildiyini bildirib.

Yerli sakinlərin bildirdiyinə görə, hücumlar nəticəsində 30-dan çox adam həlak olub.

Suriya Vətəndaş Müdafiəsi təşkilatının bildirdiyinə görə, hücum zamanı bombalardan ikisi təşkilata məxsus iki binaya düşüb.

ABŞ hərbiçiləri və kəşfiyyat rəsmiləri dərinləşməkdə olan Suriya böhranının həllində Rusiyanın istəyi və ya imkanısual edir və Moskvanı humanitar fəlakəti daimiləşdirməkdə təqsirləndirir.

Bu bəyanat Suriya ordusunn üsyançıların Hələbdə nəzarətdə saxladığı ərazilərə yeni hərbi kampaniyaya başlanıldığını elan etməsindən sonra verilib və bununla da atəşkəsin bərpası və ya beş il davam edən vətəndaş müharibəsindən əziyyət çəkən mülkü vətəndaşlara yardım çatdırılması ümidlərini məhv edib.

XS
SM
MD
LG