Accessibility links

İslam Dövləti qrupunun Suriyada keçmiş istinadgahına hücumu zamanı 6 nəfər ölüb


İslam Dövləti terror qruplaşması bazar ertəsi Suriyanın şimal-şərqində ABŞ-ın dəstəklədiyi təhlükəsizlik qüvvələri ilə əlaqəsi olan bağlı altı döyüşçünün ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Yerli rəsmilər hücumun ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) militant qrupu sıxışdırıb çıxardığı zaman 2017-ci ilə qədər İslam Dövləti qrupunun faktiki paytaxtı olan Raqqa şəhərindəki təhlükəsizlik qərargahını hədəf aldığını bildirib.

İslam Dövləti qrupunun iki hücumçusundan birinin öldürüldüyü insident yerli hakimiyyət orqanlarını fövqəladə vəziyyət və şəhərdə komendant saatı elan etməyə sövq edib. Belə ki, təhlükəsizlik qüvvələri İŞİD və ya DAYEŞ kimi tanınan İslam Dövləti qrupuna aid potensial sığınacaq yerlərinin axtarışı üçün genişmiqyaslı kampaniyaya başlayıb.

Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi muxtar administrasiyanın daxili işlər şöbəsinin həmsədri Əli Haconun sözlərinə görə, kəmərinə partlayıcı qurğu taxdığı bildirilən digər hücumçu Suriya Demokratik Qüvvələri tərəfindən saxlanılıb.

Suriya Demokratik Qüvvələrinin baş komandanı Məzlum Abdi bazar ertəsi onun qüvvələrinin "İŞİD-in Raqqada təhlükəli hazırlıqlarına" dair kəşfiyyat məlumatı aldığını bildirib.

Keçən həftə İraqın şimalındakı Kərkük vilayətində İslam Dövləti qrupunun üzərinə götürdüyü hücumda 9 polis zabiti həlak olub.

ABŞ qüvvələri keçən həftə Suriyanın şərqində üç vertolyotla həyata keçirdikləri reyd zamanı İslam Dövlətinin 6 üzvünün ələ keçirildiyini bildirib.

U.S. forces said last week they conducted three helicopter raids in eastern Syria, which resulted in the detention of six IS operatives.

ABŞ hərbi rəsmiləri İŞİD təhlükəsi aradan qalxana qədər İraq və Suriyadakı tərəfdaşlarını dəstəkləməyə sadiq qaldıqlarını bildirirlər.

XS
SM
MD
LG