Accessibility links

Hökumət Hələb şəhərinə yeni əsgəri qüvvə göndərib


Suriya müxalifət fəalları hökumətin üsyançılarla hərbi qüvvələr arasında beş gündür qarşıdurmaların davam etdiyi Hələb şəhərinə yeni əsgəri qüvvə göndərdiyini bildirib.

Britaniyada qərargahlanmış Suriya İnsan Haqları Müşahidə qrupu toqquşmanın bu gün Hələb şəhərinin bir neçə küçəsində baş verdiyini və Suriya hərbi qüvvələrinin vertolyotlardan istifadə etdiyini deyib.

Müşahidəçilər Hələb, Həma və İdlib vilayətlərində keçirilən hücumlarda təxminən 32 nəfərin öldüyünü deyib.

Fəallar hökumət qüvvələrinin bu gün Dəməşqin Əl-Tel rayonunda da hücumlar həyata keçirdiyini deyib.

Bu arada, qonşu Türkiyədə rəsmilər Suriyada təhlükəsizliklə bağlı vəziyyətin ciddləşməsini səbəb gətirərək, iki ölkə arasında sərhəddə bu gündən bəri keçidlərin dayandırılacağını elan edib. Suriya üsyançıları sərhəd keçid bölgələrinin bir neçəsini ələ keçirib.

Ötən həftə Suriya tərəfədən Bab əl-Həva sərhəd bölgəsində müxalifət və hökumət qüvvələri arasında qarşıdurma zamanı Türkiyənin yük maşınları yandırılıb talan edilmişdi.
XS
SM
MD
LG