Accessibility links

Dəməşqdə bomba partlayışı nəticəsində bir nəfər həlak olub


Hücuma görə məsuliyyət öz üzərinə götürən olmayıb


Suriya paytaxtında polis qərargahının yaxınlığında maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir nəfər həlak olub.

Suriya dövlət televiziyası partlayışın terror hücumu olduğunu bildirib. Suriya müxalifəti terrorçularla hər hansı bir əlaqəni inkar edir, lakin Cəbhət Əl-nəsr adlı sünni ektremist qrup əvvəllər bomba hüumlarına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Paytxtda baş vermiş bu partlayış son zamanlar təhlükəsizlik qüvvələri və hökumət təsisatlarına qarşı bir sıra bomba və intiharçı hücumları arasında sonuncu hücumdur.

Bu gün həmçininTürkiyə sərhəddə yerləşən Akcakale kəndinin minomyot atəşinə tutulmasından sonra Suriyaya cavab atəşı açıb. Suriyanın keçnə həftə Türkiyə ilə sərhəddəki bu kəndə atəş açması beş insanın ölümülə nəticələnmişdir.

Türkiyənin NTV tele-kanalının verdiyi məlumata görə, Suriya tərəfdən atılmış mərmi kənddəki ictimai binalardan birinə dəyib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Türkiyənin Hatay vilayəti ilə sərhəddəki Suriya hökumətinə məxsus ordu qərargahının ələ keçirilməsindən sonra binanın üzərində yaraqlıların bayrağı dalğalanır. Suriyada İnsan Haqlarının Müşahidə qrupu 12 saat sürən döyüşlərdən sonra hökumət əleyhdarı qüvvələrin Xirbat Əl-Coz şəhəri yaxınlığındakı ərazini ələ keçirdiyini bildirib.

Suriya hökumət qüvvələri Hələb, Homs və paytaxt Dəməşq yaxınlığında yaraqlıların nəzarətin olan başqa şəhərlər və İordaniya ilə sərhəd yaxınlığında kəndlərin ələ keçirilməsi üçün hücumları gücləndirib.
XS
SM
MD
LG