Accessibility links

Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyyəsi üçün Türkiyə təyyarəsi Uhana yola düşüb


Türkiyə cümə günü koronavirus epidemiyasının mərkəzi olan Çinin Uhan şəhərindən vətəndaşlarını təxliyyə etmək üçün yük təyyarəsi göndərib.

Yük təyyarəsi ilə Türkiyə, Azərbaycan və Gürcüstan vətəndaşları daşınacaq.

Çərşənbə günü NTV telekanalına müsahibə verən Türkiyənin Çindəki səfiri Emin Onen 32 Türkiyə, 10 Azərbaycan, 10 Gürcüstan və 1 Albaniya vətəndaşnın Uhandan təxliyyə olunacağını söyləyib.

Türkiyənin Hürriyyət qəzeti Türkiyənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, Türkiyəyə qayıtdıqdan sonra bütün heyət və sərnişinlər 14 gün müddətində karantin altına alınacaq.

Qəzet evakuasiya olunanların hamısının uçuş zamanı maska taxacağını və bir dəfə olmaqla yemək yeməyə icazə veriləcəyini bildirir.

11 milyon əhalisi olan Uhana uçuşlarını dayandıran Türkiyə hökuməti ökədə virusa yoluxmanın olmadığını və hava limanlarında istilik kameralarından istifadə edilərək qabaqlayıcı tədbirlər görüldüyünü bildirir.

Son məlumatlara görə, hazırda virusa 9900 insan yoluxub. Və ölənlərin sayı 213-ə çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG