Accessibility links

Türkiyə həkimləri ümummilli etirazlara qalxıb


Türkiyə həkimləri ümummilli etirazlara qalxıb
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Türkiyə həkimləri ümummilli etirazlara qalxıb

Türkiyədə artan zorakılıq və pisləşən iqtisadi vəziyyət həkimlərin ümummilli etirazlarına səbəb olub. Ölkədən xaricə işləməyə gedən həkimlərin sayının misli görünməmiş artımı prezident Rəcəp Tayyib Ərdoğanın əsas uğurlarından birini təhdid edir.

İstanbulun ən böyük xəstəxanalarından birində həkimlər və tibb bacıları ümummilli aksiyaların ən sonuncusunu keçirir.

COVID-19 pandemiyası zamanı tibbi xidmətdən narazı qalan xəstələr və onların yaxınları tərəfindən zorakı hücumlar dalğası olub. Türk Təbiblər Birliyinin məlumatına görə, keçən il həkimlərin 84 faizi hücumlara məruz qalıb və hər gün azı 30 hücum qeydə alınıb. Bu, 50 faiz inflyasiya yaşayan Türkiyədə maaşların azalması fonunda baş verib. Doktor Gürcan Bahadır: “Pandemiya zamanı problemlər çoxaldı. Biz burada iş şəraitimizə və həkimlərə qarşı zorakılığın artmasına etiraz edirik. Biz bu zorakıllıqlara görə hər il həmkarlarımızı itiririk”.

İndi səhiyyə işçiləri ölkədən gedən həkimlərin artacağı ilə bağlı xəbərdarlıq edir. Doktor Berkar Ünlü: “Bir çox tibb işçisi xaricə getməyə çalışır. Amma Türkiyə bizim ölkə olduğu üçün burada qalmaq istəyirik. Mənim çoxlu dostlarım var, onlar İsveçdə, Almaniyada, Britaniyada işləyir”.

Türkiyə Təbiblər Birliyinin məlumatına görə, son on ildə xaricdə iş axtaran həkimlərin sayı 24 dəfə artıb. Doktor Şəbnəm Korur Fincançı: “Bu, inanılmazdır. Məsələ yalnız maaşdırmı? Xeyr, əslində bu, bir çox həkimlər üçün kiçik bir problemdir. Əsas problem, təəssüf ki, peşənin devalvasiyasıdır. Onların şəxsiyyətlərinin devalvasiyası. Onlar öz şəxsiyyətlərinə hörmət edildiyini hiss etmirlər”.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan əvvəlcə həkim axınına əhəmiyyət verməyərək, “qoy getsinlər” dedi.

Lakin Ərdoğanın əhəmiyyətli daxili nailiyyətlərindən biri - Türkiyənin ümummilli səhiyyə sisteminin bir hissəsi olaraq xəstəxanaların kütləvi şəkildə genişləndirilməsi risk altında olduğu üçün, Türkiyə lideri həkimlərin şikayətlərini dinləməyə hazır olduğunu bildirib.

Həkim birlikləri hələ də prezidentlə görüşü gözlədiklərini və bir çox həkimin şərtlər yaxşılaşana qədər qalmaq və ya getmək kimi ağrılı qərar qarşısında qaldığını deyir. “Mən həqiqətən məyusam. Bu vəziyyətə görə çox narahatam. 10 ildən sonra heç nəyim yoxdur. Sadəcə hücum olunmuşam, sadəcə az maaş alıram. Bu mənim üçün yaxşı deyil. Deməli, mən nəyisə dəyişməliyəm, çünki 30 yaşım var. Dünyamı dəyişməliyəm” - deyə, doktor Berkay Ünlü bildirir.

Həkimlər və tibb bacıları etirazlarını davam etdirəcəklərini vəd edir. Ancaq bəziləri üçün ümid daha yaxşı həyat axtarışında xaricə getməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG