Accessibility links

Türkiyə-İsrail münasibətlərində irəliləyiş gözlənilir


Türkiyə prezidenti müşavirinin ikitərəfli danışıqları təsdiqləməsi və tam diplomatik münasibətlərin mart ayına qədər bərpa oluna biləcəyini deməsi İsraillə Türkiyə arasındakı münasibətlərdə bir irəliləyiş ola bilməsi deməkdir.

Bir zamanlar bu yaxın müttəfiqlər arasında münasibətlər Türkiyənin 2017-ci ildə səfirini geri çağırması ilə pozulmuşdu.

"İsrail bir addım atarsa, Türkiyə iki addım ata bilər" - deyə, Türkiyə prezidentinin xarici əlaqələr üzrə müşaviri Məsut Casin İsraillə davam edən danışıqlara istinadən bildirib.

"Yaşıl işıq görsək, Türkiyə yenidən səfirliyini açacaq və səfirimizi oraya qaytaracaq. Ola bilsin mart ayında diplomatik münasibətlərimizi yenidən bərpa edə bildik. Niyə də olmasın? Barış və təhlükəsizlik İsrail və Türkiyə üçün çox vacibdir. Mavi Marmaradan sonra İsraillə daha bir qəza istəmirik" - deyə, o əlavə edib.

Mavi Marmara 2010-cu ildə fələstinlilər üçün Qəzza limanına humanitar yardım daşıyan altı gəmidən ən böyüyü idi. İsrail qüvvələri gəmiyə basqın edərək, 9 Türkiyə vətəndaşını öldürəndə İsrailin Qəzza zolağında həyata keçirdiyi iqtisadi mühasirəni qaldırmağa çalışan Fələstin tərəfdarları gəmidə olub.

O vaxtdan bəri ABŞ-ın iki əsas regional müttəfiqi arasındakı əlaqələri bərpa etmək üçün gərgin vasitəçilik səylərinə baxmayaraq, Türkiyə-İsrail münasibətləri tam düzəlmədi.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və İsrailin təhlükəsizlik qüvvələrinin fələstinli etirazçılara qarşı zorakılığı Türkiyə və İsrailin səfirlərini geri çağırmalarına səbəb oldu.

Casin Co Baydenin ABŞ-a prezident seçilməsini əlaqələri bərpa etmək səylərinə təkan kimi qəbul edib. “Baydenlə yeni perspektivlər var; çox şey dəyişəcək" - deyə, o bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampla yaxın münasibətləri var idi, lakin Bayden hökumətinin Ankara ilə münasibətlərinin daha gərgin olacağı proqnozlaşdırılır.

"Biden rəhbərliyinin demokratiya və insan haqları mövzularında həssaslığını nəzərə alaraq, Türk-Amerika münasibətlərinin ən azından qısa müddətdə çətin bir dövrə girəcəyi gözlənilir" - deyə, Türkiyə-İsrail məsələləri üzrə analitik Selin Nasi bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG