Accessibility links

İstanbul da daxil olmaqla, təcrid barədə tələblər getdikcə artır


İstanbul da daxil olmaqla təcrid barədə tələblər getdikcə artır
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Türkiyədə koronavirus epidemiyası yayıldığı üçün xüsusilə ölkənin ən böyük şəhəri İstanbul da daxil olmaqla, təcrid barədə tələblər getdikcə artır. Lakin Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hökuməti iqtisadiyyatın dayanmadan hərəkətdə olmasını istəyir.

İşə getmək üçün küçəyə çıxan İstanbul sakinləri potensial olaraq virusa yoluxa bilər.

Prezident Rəcəp Tayyib Ərdoğanın iqtisadiyyatın bağlanmayacağında israr etməsi hətta bəzi iş adamlarını narahat edir. “Müəssisələr hamısı bağlanmalıdır. Lakin bağlanarsa, mənim kimi mağazalar kirayə pullarını, işçilərinin maaşlarını ödəyə bilməyəcək. Həll yolu barədə heç bir izahat yoxdur. Düşünürəm ki, hökumət özü də maliyyə cəhətdən çətin vəziyyətdədir. Buna görə də, vaxt qazanmaq üçün bacardıqları qədər bağlanmanı təxirə salacaqlar" - deyə, mağaza sahibi Burak bildirir.

Tamamilə bağlanmaq çağırışlarına qarşı çıxan Ərdoğan hökuməti 20 yaşdan aşağı və 65 yaşdan yuxarı insanlar üçün komendant saatı tətbiq edib. Buna baxmayaraq, episentri İstanbul olmaqla, ölkədə koronavirusa yoluxma və ölüm halları artmaqda davam edir.

Virusun yayılmasının qarşısını almaq üçün İstanbul şəhərinin rəsmiləri sakinlərə maskalar paylayıb və ictimai nəqliyyatın iş saatlarını məhdudlaşdırıb.

İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu hələ də küçələrdə çox sayda insanın olduğunu deyərək, şəhərin tamamilə bağlanmasına çağırıb.

"İstanbulda insanların 15 faizinin küçədə olması 2 milyondan çox insan deməkdir və bu, çox qorxuludur. Bu, Avropadakı böyük bir şəhərin əhalisi qədərdir. Aydındır ki, hazırkı vəziyyət təhlükə yaradır və buna görə də qəti bir tədbirə ehtiyacımız var. "

Ölənlərin sayı bir neçə yüzdən aşağı olsa da, digər ölkələrdəki kimi virusun sürətlə yayılması Türkiyə üçün xəbərdarlıq deməkdir.

Lakin təhlilçilərin fikrincə, Türkiyənin ən böyük şəhərinin bağlanması ölkəyə baha başa gələ bilər.

“Siz dörd və beş milyon işçisi olan sənayeni bağlayırsınız. Qanun bunu diktə etməsə belə, etikaya görə və yaxşı idarəetməyə əsasən bu insanların küçələrdə ac qalmaması və küçələrdə etiraz etməməsi üçün təzminat ödənməlidir" - deyə, təhlilçi Atilla Yeşilada bildirir

Lakin infeksiya yayıldıqca İstanbul və ölkənin digər bölgələrində virusa qarşı mübarizə məqsədilə düzgün qərarın verilməsi üçün vaxt azala bilər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG