Accessibility links

Türkiyə və Qətər Kabil hava limanını birlikdə idarə etməyə razılaşıb


Əfqanıstanın Taliban rəsmiləri cümə günü Türkiyə və Qətərdən olan birgə nümayəndə heyəti ilə iki ölkədən şirkətlərin Kabil və Əfqanıstanın digər şəhərlərində hava limanını idarə etmək planlarını müzakirə ediblər.

Danışıqlar beynəlxalq ictimamiyyət milyonlarla insanın aclıqla üzləşdiyi Əfqanıstana ehtiyac olan humanitar yardımın çatdırılmasını sürətləndirməyin yollarını axtardığını bir vaxta təsadüf edir.

Talibanın nəqliyyat nazirliyinin sözçüsü İmamuddin Əhmədi Amerikanın Səsinə deyib ki, Türkiyə və Qətər şirkətlərinin ortaq nümayəndə heyəti ilə ilkin danışıqlar cümə axşamı keçirilib. O deyib ki, gələn həftənin əvvəlində əlavə görüşlər planlaşdırılıb, lakin hələ ki, heç bir razılıq əldə olunmayıb.

Türkiyə mediası cümə günü bildirib ki, Türkiyə və Qətar şirkətləri bu həftə Kabilə səfər etmədən öncə şəhərin hava limanını “bərabərhüquqlu tərəfdaşlıq əsasında” idarə etməklə bağlı anlaşma memorandumu imzalayıblar.

Əhmədi deyib ki, Türkiyə-Qətər nümayəndə heyəti ilə müzakirə olunan digər hava limanları Bəlx, Herat, Qəndahar və Xost vilayətlərində yerləşir.

Ankara Taliban avqust ayının ortalarında Talibanın nəzarəti ələ keçirməsindin ardından ABŞ-ın başçılıq etdiyi qüvvələrin ölkədən çıxmasından sonra Kabil hava limanında təhlükəsizliyi təmin etməyə razılaşıb.

Türkiyə ABŞ-ın dəstəklədiyi devrilən Əfqanıstan hökumətinə beynəlxalq qoşunların ölkəni avqustun 31-də tərk edənə qədər hava limanını altı il boyunca idarə və müdafiə etməyə yardım edib.

ABŞ-ın ölkədən qəfil və xaotik şəkildə çıxması nəticəsində Kabil hava limanın bəzi hissələrinə ziyan dəymişdi. Qətər Talibana hava limanını təmr edib, yenidən işlək vəziyyətə gətirməyə yardım edib.

Taliban paytaxtın nəzarətini ələ keçirəndən sonra Birləşmiş Ştatlar və müttəfiqləri 124 min xarici vətəndaşı və risk altında olan əfqanı evakuasiya edib. Lakin hələ minlərlə daha insan ölkəni tərk etmək istəyir. Onların çoxu keçmiş hökumətlə və Qərb orduları ilə yaxından çalışıb və Talibanın qisasından qorxur.

Xarici qüvvələrin ölkəni tərk etməsi və Talibana tətbiq olunan maliyyə sanksiyaları Əfqanıstanda iqtisadi qarışıqlığa səbəb olub və müharibə, quraqlıq və yüksək səviyyədə yoxsulluq səbəbilə başlayan humanitar böhranı daha da pisləşdirib.

BMT ölkədə yaşayan 40 milyon insanın yarısından çoxunun aclıqla üz-üzə olduğunu və 1 milyon uşağın “ağır kəskin qida çatışmazlığı” səbəbilə ölüm riski ilə üzləşdiyni təxmin edir.

Kabil hava limanı hazırda Əfqanıstana humanitar yardımı çatdırmaq və ölkəni təkr etmək istəyən insanlar üçün əsas yoldur.

XS
SM
MD
LG