Accessibility links

Türkiyədə həbslər: Müxalifətçi mer və başqaları Gülən şəbəkəsi ilə əlaqə iddiaları ilə saxlanılıb


Türkiyə dövlət informasiya agentliyi bildirib ki, ölkənin aparıcı müxalifət partiyasından olan bələdiyyə başçısı ABŞ-da yaşayan din xadimi Fəthullah Gülən ilə ehitmal edilən əlaqələrinə görə həbs edilib. Bundan başqa, digər polis əməliyyatlarında təxminən 200 adam saxlanılıb.

Anadolu Xəbər Agentliyi Egey dənizi sahilindəki Urla şəhərinin icra başçısı Burak Oğuzun Fəthullah Gülən şəbəkəsi ilə əlaqəli olduğu iddiası ilə həbs olunduğunu bildirib. Gülən rəsmi Ankara tərəfindən 2016-cı ildə uğursuz çevriliş cəhdində günahlandırılır.

Mart ayında yerli seçkilərdə seçilən Burak Oğuz Cümhuriyyət Xalq Partiyasından (Cumhuriyet Halk Partisi-CHP) terror ittihamı ilə həbs olunan ilk bələdiyyə başçısıdır. Öncəki illərdə Türkiyənin kürd tərəfdarı partiyasından olan 14 bələdiyyə başçısı fəaəliyyəti qadağan olmuş PKK təşkilatının kürd üsyançıları ilə əlaqələri olduğu üçün həbs edilib. Partiya terror ittihamlarını rədd edir və həbslərin onun Türkiyənin cənub-şərq bölgəsindəki mövqeyini zəiflətməyə yönəlmiş olaraq siyasi motiv daşıdığını bildirir.

CHP Burak Oğuzun həbsini qınayıb və şəbəkənin "CHP daxilində fəliyyət göstərmək şansının olmadığını" bildrirərək, Gülənlə əlaqəli ittihamları rədd edib.

"Seçilənlərin çıxarılması üçün ədliyyə sistemindən istifadə edilməsini qınayırıq" - deyə, CHP-nin vilayət başçısı Dəniz Yucel bildirib.

Anadolu xəbər agentliyi xəbər verir ki, paytaxt Ankarada keçirilən reydlər zamanı Gülən şəbəkəsi ilə əlaqədə olmaqda şübhəli bilinən 171 nəfər saxlanılıb. Saxlanılanlar Türkiyənin bildirdiyi kimi, bir-biri ilə əlaqə qurmaq üçün dövlət çevrilişi cəhdi zamanı istifadə edilmiş mesajlaşma tətbiqindən istifadədə şübhəli bilinirlər. Agentlik xəbər verir ki, prokurorlar Səhiyyə Nazirliyinin 18 əməkdaşı, o cümlədən 10 həkim haqda həbs qətimkan tədbiri seçib. Çərşənbə axşamı azı 10 şübhəli saxlanılıb.

XS
SM
MD
LG