Accessibility links

Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar sərhəd şəhərini ələ keçirib


Türkiyənin dəstəklədiyisuriyalı üsyançılar şənbə günü Suriyanın sərhəddə yerləşən Ras əl Eyn şəhərinin nəzarətini ələ keçirib. Bu barədə Türkiyənin yüksək vəzifəli təhlükəsizlik rəsmisi xəbər verib.

Milli ordu bu səhər şəhərin mərkəzinin nəzarətini ələ keçirib. Yaşayış sahələrində yoxlanış aparılır, rəsmi Reuters-ə bildirib.

ABŞ qoşunları Türkiyə mövqelərindən atılan artilleriya atəşinə tuş gəlib. Türkiyə qüvvələri gecə Ras əl Eynə bombardmanını gücləndirib.

Birləşmiş Ştatlar Ankaranı ABŞ-ın dəstəkləfiyi kürd YPG qüvvələrinə qarşı hücumu dayandırmağa inandırmaq səylərini gücləndirib və Ankaranın iki ölkə arasındakı əlaqələrə “böyük ziyan” vurduğunu və sanksiyalarla üzləşə biləcəyini bildirib.

In this photo taken from the Turkish side of the border between Turkey and Syria, in Akcakale, Sanliurfa province, smoke billows from targets in Tal Abyad, Syria, during bombardment by Turkish forces, Oct. 11, 2019.
In this photo taken from the Turkish side of the border between Turkey and Syria, in Akcakale, Sanliurfa province, smoke billows from targets in Tal Abyad, Syria, during bombardment by Turkish forces, Oct. 11, 2019.

Türkiyə hərbi əməliyyata ABŞ preidenti Donald Tramp bazar günü prezident Rəcəb Tayyib Ərdoöanla telefon danışığı aparandan və kürd qüvvələri ilə birlikdə döyüşən ABŞ qoşunlarını Suiryadan çıxarandan sonra başlayıb.

Beynəlxlaq ictimaiyyət hücumu qınayıb və onun humanitar nəticələri ilə bağlı narahatlığını ifadə edib. Suriyanın kürdlərin başçılıq etdiyi administrasiyası bildirib ki, hücumun nəticəsində təxminən 200 min insan didərgin düşüb.

Ərdoğan hərbi əməliyyatla bağlı tənqidlərə əhəmiyyət verməyib və cümə günü axşam deyib ki, Türkiyə “kimin nə dediyindən asılı olmayaraq, əməliyyatı dayandırmayacaq”.

Türkiyənin artilleriya atəşi nəticəsində Rəs əl Eyn şəhərinin üstünü tüstü bürüyüb,

Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar daha öncə deyiblər ki, onlar Ras əl Eyni Tel Əbyadla birləşdirən yolu kəsib və əməliyyat başlayanadan bəri 18 kəndi ələ keçirib.

Pentaqon cümə axşamı ABŞ qoşunlarının Suriyanın sərhəddə yerləşən Kobani şəhərində Türkiyənin artilleriya atəşinə tuş gəldiyini, amma heç bir əsgəri xəsarət almadığını bildirib.

Türkiyənin müdafiə naziri deyib ki, Türkiyə qüvvələri ABŞ bazasına atəş açmayıb və ona hər hansı ziyanın dəyməsinin qarşısını almaq üçün bütün tədbirlər görülüb.

Şərhlərə bax

XS
SM
MD
LG