Accessibility links

Türkiyənin iqtisadi böhranı qlobal bazarlara təsir göstərir [Video]


Türkiyənin iqtisadi böhranı qlobal bazarlara təsir göstərir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Birləşmiş Ştatlarla Türkiyə arasında həbs olunan amerikalı keşiş səbəbilə başlayan ticarət müharibəsinin artıq qlobal iqtisadiyyata təsirləri olur. Türkiyə lirəsinin kəskin düşməsi, inflasiya və borcların defolt təhlükəsi digər iqtisadiyyatlara da təhlükə törədib, xüsusən də inkişaf etməkdə olan iqtisadiyyatlara. Türkiyənin problemləri Argentina və İndoneziya kimi uzaq ölkələrdə dalğa effekti yaradır, Asiya valyutalarının dəyərini azaldır, digər dünya valyutalarında dəyişiklillərə səbəb olur.

Türkiyənin maliyyə durumu artıq bir neçə müddətdir belədir. Bu vəziyyət, avqustun 1-də tətbiq olunan sanksiyalardan əvvəl də mövcud idi
Hezer Nauert

Ötən həftə qlobal bazarlarda çaxnaşma yaşanıb. Cümə günü Avropada aksiyaların dəyəri düşüb, Asiya aksiyalarının durumu dəyişkən olub, Hindistan və İndoneziya kimi inkişaf etməkdə olan bazarlar isə Türkiyənin dəyişkən iqtisadiyyatın təsirlərinə məruz qalıb.

Birləşmiş Ştatlar amerikalı keşiş Endrü Branson azadlığa buraxılmadığı təqdirdə Türkiyəni onlara qarşı əlavə yeni sanksiyalar tətbiq etməklə hədələyib. Amma Dövlət Departamentinin sözçüsü Hezer Nauert Türkiyənin problemlərinə görə Birləşmiş Ştatların məsuliyyət daşımadığını söyləyib.

“Türkiyənin maliyyə durumu artıq bir neçə müddətdir belədir. Bu vəziyyət, avqustun 1-də tətbiq olunan sanksiyalardan əvvəl də mövcud idi”, o deyib.

Təhlilçilər deyir ki, Türkiyənin iqtsadi problemləri göründüyündən daha dərindir və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasındakı çəkişmədən öncə başlayıb.

“Türkiyə iqtisadiyyatının quruluşu sağlam deyil, çünki onların iqtisadiyyatı sürətli inkişafa, ucuz kreditə, inşaat sektorundakı layihələrə əsaslanır və ən qorxulusu da odur ki, bu layihələr xarici kredit, xüsusilə də dollarla həyata keçirilib. Bu il isə lirənin dollara qarşı artıq 40 faiz dəyər itirməsi ilə Türkiyənin bu borcları geri verməsi də çətinləşdi”, Brukiqns İnstitutunun təhlilçisi Amanda Sloat söyləyir.

Endrü Branson
Endrü Branson

Sərmayedarlar Türkiyə ilə Asiya-Sakit Okean regionunda yerləşən ölkələr arasındakı əlaqəni yaxından izləyir. Bu ölkələr Türkiyənin Çindən sonra ən böyük 20 idxalçıları arasındadır.

“Mən deməzdim ki, 1990-cı illərdə baş verən böhran yenidən yaşanacaq, çünki 1990-cı illərdə Asiya Pələngləri nümunəsində olduğu kimi Türkiyədəki maliyyə böhranının digər ölkələrə yayılmaq riski yoxdur. Fikrimcə daha sərt qlobal kredit və likvidlik şərtləri inkişaf etməkdə olan bazarlra ziyan vuracaq, çünki son illərdə qlobal kredit və maliyyə axınından ən çox onlar faydalanıb” – deyə, CCLA-in baş sərmaye direktoru Ceyms Bevan bildirir.

Təhlilçilər Türkiyənin iqtisadiyyatından, xüsusilə də Türkiyə şirkətlərinin borclarını ödəyə bilib-bilməyəcəklərindən narahatıdır.

XS
SM
MD
LG