Accessibility links

Türkiyəyə keçməyə çalışan altı miqrant həlak olub


Türkiyə jandarmeriyası və Türkiyə Fövqəladə Hal və Fəlakət idarəsinin işçiləri Edirnedə Yunanıstanla sərhəddə Meric çayı yaxınlığında iki uşağın cəsədini tapıb. 13 fevral, 2018
Türkiyə jandarmeriyası və Türkiyə Fövqəladə Hal və Fəlakət idarəsinin işçiləri Edirnedə Yunanıstanla sərhəddə Meric çayı yaxınlığında iki uşağın cəsədini tapıb. 13 fevral, 2018

Türkiyənin dövlətə məxsus Anadolu xəbər agentliyinin cümə axşamı verdiyi məlumata görə, Türkiyənin Suriya ilə sərhədində daşqın nəticəsində altı mühacir həlak olub.

Anadolu xəbər agentliyi bildirir ki, immiqrantlar Türkiyənin cənubunda Suriya ilə sərhəddə yerləşən Hatay şəhərinə qeyri-qanunu şəkildə keçməyə çalışırdı. Onların milli mənsubiyyətləri açıqlanmayıb.

3.5 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə 2015-ci ildə su yolu ildə Yaxın Şərq və Afrikada münaqişə yoxsulluqdan qaçaraq Avropa İttifaqına keçməyə çalışan milyonlarla miqrnat üçün əsas başlanğıc nöqtəsinə çevrilmişdi

Miqran axını yüzlərlə insanın Yunan adalarına keçməyə çalışarkən ölməsinndən sonra 2016-cı ildə Ankara ilə Avropa Birliyi arasında əldə olunan razılıq nəticəsində kəskin şəkildə azalıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2017-ci ildə Şimali Afrikadan Aralıq dənizi vasitəsilə İtaliyaya keçən miqrantların sayı 172,301 nəfər təşkil edib. Bu isə 2016-cı ildə eyni səfəri edən 362,763 miqrantdan daha azdır.

XS
SM
MD
LG