Onlara smokejumpers, yəni yanğına tullananlar deyirlər. Adlarından məlum olduğu kimi gördüyü işlər olduqca təhlükəlidir. Bu iş əllərində balta və mişarla paraşütlə yanğının ortasına atılmaqdır. Onlar özlərinin necə xilas olmalarını bildikləri kimi, təbiəti də yanğından necə qurtarmağın yollarını bilir.
Kris Yanq Aydaho ştatındadndır. O artıq 15 ildir yanğına tullanmaqla məşğul olur.
Bir zamanlar o, demək olar ki, tək işləyirdi. Yeganə partnoru var idi. Bunlar qanadlı yanğınsöndürənlər idi.
Bu gün bu bazada 30-dan artıq insan çalışır. Onların hamısı təcrübəli yanğınsöndürənlər, həm də ustad paratütçülərdir.
"Biz tez çatırıq. Çünki birbaşa yanğın xəttinə uçuruq. Buralar əsasən ucqar bölglər olur" , Kris Yanq deyib.
Yanğına tullanan olmaq azı 5 həftə təlim tələb edir.
Zəng səsi eşidildikdən sonra yanğınsöndürənlərin geyinmələri və tam hazır olmaları üçün cəmi 3 dəqiqə vaxtları olur. Və onlar iki nəfər olmalıdır.
"Biz kostyumları, paraşütları burada düzəldirik. Onları almaq da olar. Bunlar Kevlar materailından hazırlanır. Çünki müqavimətə davamlıdır. Ağacın üstünə düşsəz budaqlar paltarı cıra bilər. Onun içərisində də möhkəm örtük də var" , Kris bildirib.
Onların ayaqqabıları da davamlı olmalıdır. Təchizat torbalarında su, əlcək, kaska, çadır və digər şəxsi əşyalar olur. Əlavə paraşüt də mühümdür.
"Çox narahatdır. Dardır, istidir. Amma bunu sevirəm, məni həyəcanlandırır. Ən əyləncəli tərəfi isə təyyarədə ayağa qalxıb, havadan atəşə baxıb onu ölçmək və sonra işə keçmək" - deyə, yanğınsöndürən Reyli deyib.
Reyli bu işlə bir ildən azdır məşğul olur. İndiyədək o, 5 yanğını söndürüb.
"Tullanmadan öncə üyək çırpınmağa başlayır."
"Havaya tullandıqda reallığı görürsən, düşəcəyin yeri görürsən. Nəzarətçi səni məlumatlandırır."
"Təlimlər işləyir və sən sanki açmalı olduğun qapıya yaxınlaşırsan."
Smokcamperlər yerə çatdıqdan sonra alətlərinin düşməsini gözləyir. Pulaski adlı xüsusi balta və əl mişarı. Yanğın söndürüldükdən sonra onlar xüsusi nəqliyyatla geriyə aparılır.
Smokcamperlərin işi maydan sentyabrın sonunadək davam edir.
Onların çoxu payız, qız və erkən yaz aylarında adi yanğınsöndürmə stansiyalarında çalışır.