Accessibility links

Tailandın baş naziri nümayişçilər və müxalifət liderləri ilə görüşməyi planlaşdırır


Tailandda müxalifət tərəfdarları ikinci gündür etiraz aksiyası keçirir. Onlar baş nazir Yinqluk Şinavatra istefa verməyincə geri çəkilməyəcəklərini bildirib.

Lakin baş nazir müxbirlərlə görüşü zamanı vəzifəsindən istefa verməyəcəyini deyib. O, siyasi böhranın həllinin yeganə yolunun əməkdaşlıq və dialoq olduğunu bildirib.

Nümayişçilərin məqsədi paytaxtı iflic etməkdir.

Minlərlə nümayişçi gömrük nazirliyinin qarşısında toplaşıb.

Baş nazir Yinqluku parlamenti buraxıb və fevralın 2-də erkən seçkilərin keçirilməsinə çağırıb. O, aylardır davam edən siyasi böhranın həll edilməsi üçün milli islahat şurası qurulmasını təklif edib.

Çərşənbə günü xanım Yinqluk seçki komissiyasının seçkiləri may ayına kimi təxirə salınması təklifini müzakirə etmək üçün nümayişçilər və siyasi liderlərlə görüşməyi planlaşdırır.

Müxalifət liderləri baş nazirin güzəştlərinin kifayət olmadığını bildirib.

Təhlilçilər baş nazirin rəhbərlik etdiyi partiyanın gələn ay keçirilməsi planlaşdırılan seçkilərdə qələbə qazanacağını deyir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG