Accessibility links

Tailandda yeni konstitusiya qəbul olunub


Tailand kralı yeni konstitusiya qəbul edib. Bu, 1932-də mütləq monarxiyanın ləğvindən bəri ölkənin 20-ci xartiyasıdır.

Kral Vaciralinqkorn sənədi cümə axşamı Banqkokda yerləşən Ananta Samaxom Taxt Zalında ölkə ordusunun yüksək rütbəli üzvərinin iştirak etdiyi mərasim zamanı imzalayıb.

Hərbi xunta konstitusiyanın seçkinin 2018-ci ilin noyabr ayınadək keçirilməsinə yol açacağını deyib. Amma bundan öncə xunta dəfələrlə seçkiləri təxirə salıb.

Tənqidçilər deyir ki, xartiyanın müddəaları qeyri-demokratikdir və hakimiyyətin seçilmiş siyasətçilərdən daimi bürokratiya və orduya ötürülməsinə gətirib çıxaracaq.

Ordu 2014-cü ildə səsvermə yolu ilə seçilmiş höküməti devirib. Bu, səkkiz il ərzində ölkədə baş verən ikinci çevriliş idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG