Accessibility links

Taliban üsyançıları iki gün ərzində Əfqanıstanın ikinci şəhərinə hücum edib


Əfqanıstan təhlükəsizlik qüvvələri Taliban militantlarına qarşı döyüşlərin getdiyi Kunduz şəhərində, 31 avqust, 2019. .
Əfqanıstan təhlükəsizlik qüvvələri Taliban militantlarına qarşı döyüşlərin getdiyi Kunduz şəhərində, 31 avqust, 2019. .

Taliban mlitantlarının ABŞ-ın xüsusi nümayəndəsinin ölkədə 18 ilə yaxındır davam edən müharibənin dayandırılması ilə bağlı danışıqlarda razılaşmanın əldə edilməsinə yaxın olduğunu bildirdiyi vaxt iki gündə Əfqanıstanın ikinci şəhərində bomba hücumu keçirdiyi bildirilir.

Əfqanıstanın şimalında eyniadlı vilayətin paytaxtı olan strateji Kunduz şəhərində qanlı hücumdan bir gün sonra Taliban militantları sentyabrın 1-də Baqlan vilayətinin paytaxtı Pul-e-Khumridə hücum keçiriblər.

Talibanın sözçüsü Zabihullah Mücahid qrupun döyüşçülərinin Pul-e-Khumri ətrafında Əfqanıstanın təhlükəsizlik qüvvələrinin postlarına hücum etdiyini və hazırda onların vilayətin paytaxtında olduqlarını bildirib.

Əfqanıstan təhlükəsizlik qüvvələri Kunduz şəhərində, 31 avqust, 2019.
Əfqanıstan təhlükəsizlik qüvvələri Kunduz şəhərində, 31 avqust, 2019.

"Qubernatorun evi blokada altındadır və düşmən ağır itkilərə məruz qalıb," Mücahid bildirib.

Əfqnıstanın daxili işlər naziri Nasrat Rahimi bildirib ki, militantlar Pul-e-Khumridə iki yerdə mövqe tutub və Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı döyüşürlər.

Şənbə günü Taliban Əfqanıstanın əsas strateji şəhərlərindən biri olan Kunduza müxtəlif istiqamətlərdən hücum edib. Şəhərdə Əfqanıstan təhlükəsizlik qüvvələri ilə gün ərzində intensiv döyüşlər gedib. Taliban Kunduzda ələ keçirilən mövqelərə nəzarəti saxladığında təkid edir. Əfqanıstan rəsmiləri isə hökumət qüvvələrinin hücumçuları məğlub etdiyini bildirib.

ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad
ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad

Bu arada, ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad Qətərdə Taliban liderləri ilə 18 ildir davam edən müharibəyə son qoymaq üçün danışıqların doqquzuncu raundunu başa çatdırdığını və müzakirələrlə bağlı Əfqanıstan liderlərini məlumatlandırmaq üçün Kabilə yola düşdüyünü bildirib. Xəlilzad bu haqda Twitter səhifəsində yazıb.

Taliban nümayəndəsi Suahili Şahenin bildirdiyinə görə, Xəlilzadın rəhbərlik etdiyi müzakirəçilərdən ibarət qrupun üzvləri Dohada qalıb və texniki səviyyədə bazar günü danışıqları davam etdiriblər.

Əfqanıstandan bütün xarici qüvvələrin çıxarılmasını tələb edən Taliban hazırda ölkənin demək olar yarısına nəzarət edir və 2001-ci ildə ABŞ-ın ölkəyə müdaxiləsi nəticəsində hakimiyyətdən devrildikdən sonra ən güclü mövqeyə malikdir.

XS
SM
MD
LG