Accessibility links

Əfqanıstanda hökümət qüvvələri ilə Taliban üsyançıları arasındakı qarşıdurmalar zamanı 60-a yaxın döyüşçü ölüb


Əfqanıstanıstan rəsmilərinin bildirdiyinə görə, hökümət qüvvələri ilə Taliban üsyançıları arasındakı qarşıdurmalar zamanı hər iki tərəfdən 60-a yaxın döyüşçü ölüb.

Taliban ölkənin şimalındakı Sar-e-Pul vilayətinin iki bölgəsində səhərə yaxın hərbi bölməyə və polis məntəqəsinə genişmiqyaslı hücumlar həyata keçirib.

Vilayətin qubernatoru Əbdül Qadir Aşna Amerikanın Səsinə hücum zamanı təhlükəsizlik qüvvələrindən 11 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, bir neçə saat davam edən atışma zamanı üsyançılar da ağır itki verib. Lakin o, bu barədə əlavə məlumat verməyib.

Bu arada isə Əfqanıstan Daş Kömür və Neft Nazirliyinin sözçüsü ölkənin şərqindəki Loqar vilayətində Talibanın gecə saatlarında hərbi bölməyə etdiyi hücum zamanı azı 8 hərbçinin öldüyünü təsdiq edib.

Qədir Müfti deyib ki, üsyançılar paytaxt Kabildən 40 kilometr cənub-şərqdə yerləşən, Əfqanıstanın ən böyük mis yatağı olan Aynak bölgəsindəki təhlükəsizlik məntəqələrini hədəf alıb. Talibanın sözçüləri adətən Əfqanıstan qüvvələrinə qarşı hücumlara görə məsuliyyəti tez bir zamanda üzərlərinə götürsələr də, bu həftəki hücuma görə məsuliyyət daşıdıqlarını nə inkar ediblər, nə də boyunlarına alıblar.

Taliban döyüşçüləri eləcə də Qəndəhar vilayərindəki təhlükəsizlik məntəqələrinə hücumlar edərək, azı 8 polis işçisini qətlə yetiriblər. Vilayət rəsmiləri bir gecədə döyüşlər zamanı azı 28 Taliban üsyançısının öldürüldüyünü deyib.

XS
SM
MD
LG