Accessibility links

ABŞ-la Talibanla danışıqların bərpası üçün Pakistanda görüşür


Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və Taliban nümauyəndələri Vaşinqtonla üsyançı qrup arasında sülh danışıqlarını bərpa etmək üçün Pakistana gedib.

Talibanın nümayəndə heyəti çərşənbə günü Zalmay Xəlilzadın rəhbərlik etdiyi qrupun Pakistanın paytaxtı İslamabada çatmasından dərhal sonra gedib. Hər iki tərəfin nümayəndə heyəti Pakistanda bir neçə gün qalacaq.

Hər iki tərəf Pakistana hökumətlə rəsmi görüşlər üçün getdiklərinə israr etsə də, birbaşa danışıqların gözlənildiyini qeyd ediblər.

ABŞ Xüsusi Elçisi Zalmay Xəlilzad
ABŞ Xüsusi Elçisi Zalmay Xəlilzad

"Mənim qənaətim bundan ibarətdir ki, 11-ci üsyançı qrupla Birləşmiş Ştatlar arasında danışıqlar birbaşa olmalıdır," deyə Taliban sözçüsü Süheil Şahin Amerikanın Səsinə bildirib.

O, Talibanın nümayəndə heyətinin oktyabrın 6-dək İslamabadda oktyabrın 6-dək qalacağını deyib.

Bu gözlənilməz ziyarət Amerika hərbi qüvvələrini çıxararaq, 18 il davam edən müharibəyə son verə biləcək sülh sazişinin imzalamasına az qalmış Donald Trampın Amerika-Taliban danışıqlarını qəfildən dayandırmasından az bir müddət sonra baş verir.

Şərhlərə bax

XS
SM
MD
LG