Accessibility links

NATO Əfqanıstanda seçkilər öncəsi durumdan narahatdır


NATO Əfqanıstanda seçkilər öncəsi durumdan narahatdır
please wait

No media source currently available

0:00 0:01:47 0:00

NATO Talibanla uzun müddət gözlənilən müzakirələrdən sonra Əfqanıstanda sabitliyin bərqərar ediləcəyinə ümid bəsləyir.

Əfqanıstanda sülh müzakirələri həftəsi gərgin keçib. Kabildə bir Amerika əsgəri də daxil edilməklə, onlarla insanın ölümünə səbə olan hücumdan sonra Donald Tramp Əfqanıstan prezidenti və Talibanla gizli müzakirələri təxirə salıb.

"Onlar öldürülüb. Mən başa düşdüyüm qədər onlar öldürülüb", Tramp deyib.

Bir neçə gün sonra Taliban Moskvada görüş keçirib. Taliban Vaşinqtonla müzakirərin davam etdiriləcəyini bildirsə də, 100 illərlə mübarizənin davamına da hazır olduğunu bəyan edib.

NATO-nun hərbi liderləri həftə sonu Sloveniyada keçirilən görüş zamanı Əfqanıstanla bağlı qayğıları sakitləşdirməyə çalışıb.

"Əfqanıstanla bağlı bir sıra narahatlıqlar mövcuddur. Hazırkı anda biz NATO tərəfdaşlarına ABŞ-ın və NATO-nun öhdəliyinə sadiq qaldığına dair mesajlar göndəririk. Missiyamız davam etdirilir" - deyə, NATO komandiri Tod Uolters bildirib.

NATO-nun hərbi liderlərinin rəhbəri də öhdəliklərin yekdil olduğunu deyib.

"Bu mövzuda parçalanma mövcud deyil. Müttəfiqlər tamamilə möhkəm vəhdətə malikdir. Və bu gün Əfqanıstan missiyasına sadiq olduqlarını bir daha təsdiq etdilər" NATO-nun Hərbi Komitəsinin rəhbəri Stüart Piç deyib.

Əfqanıstanda prezident seçkiləri öncəsi NATO komandirlərini zorakılıqların artacağı narahat edir.

"Seçkilər çox ehtimal ki, mükəmməl olmayacaq, amma seçkilərin mümkün qədər təhlükəsiz və etibarlı olacağından əmin olmağın yollarını müəyyən etmək üçün bütün imkanlara əl atılacaq" - deyə, NATO komandiri Tod Uolters bildirib.

Seçkilərə qatılacaq hazırkı prezident Əşrəq Qani isə atəşkəs əldə edilməyincə, Talibanla müzakirələrin baş tutmayacağını deyir.

XS
SM
MD
LG