Accessibility links

Pakistanda zorakılıqlar davam edir


Pakistanın şimal-qərbində rəsmilər bomba partlayışı nəticəsində 16 nəfərin həlak olduğunu, 40 nəfərin yaralandığını deyib.

Rəsmilər bazar ertəsi bazarda törədilmiş partlayışın Xıber rayonunun Camrud şəhərindəki hökumət binası yaxınlığında baş verdiyini deyib. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Bu bölgə uzun illər hökumətə qarşı qanlı toqquşmalar törədən Pakistan Talibanı da daxil olmaqla, bir neçə İslam hərbi qrupunun cəmləşdiyi yerdir.

Bundan başqa Pakistanda başqa bir hadisədə rəsmilər silahlı şəxslərin cənub-qərbi Quetta şəhərində vilayət qubernatorunun sözcüsü və iki polis zabitini öldürdüyünü deyib.

Polis hücumçunun Xadim Hüseyin Nuri və daha sonra onların izinə düşən polisi öldürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG