Accessibility links

Taliban yaraqlıları Əfqanıstanın Paktia vilayətində polis idarəsinə hücum edib


Taliban yaraqlıları Əfqanıstanın Paktia vilayətindəki polis idarəsinə hücum edib. Nəticədə 5 adam həlak olub, 20 nəfər yaralanıb.

Paktianın Qardez şəhərində intiharçı hücumu idarənin girişində həyata keçirilib. Yayımlanan videoda idarənin bir hissəsinin yerlə yeksan olduğu nümayiş etdirilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş deyib ki, ağır silahlanmış yaraqlılar polis kompleksinə daixl olmağa cəhd edib.

Kabildə ABŞ vətəndaşı oğurlanıb

Kabil polisinin bildirdiyinə görə, bu gün səhər naməlum şəxslər tərəfindən milliyəti bəlli olmayan bir nəfər oğurlanıb. Daha əvvəl onun amerikalı olduğu bildirilmişdi.

Lakin televiziya xəbərlərində həmin şəxsin Dünya Bankı layihəsi üzrə Əfqanıstanda çalışdığı bildirilib. Hökumət rəsmiləri məlumatı təsdiq etməyib.

Ötən ay bir fin qadın və avqust ayında Avstraliya və Amerikadan olan iki professor ələ keçirilib. Onlar hələ də girov saxlanılır.

Kabildə biznesmenlər pul müqabilində insan oğurluqlarının artdığından şikayətlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG