Accessibility links

Tailandda tibbi marixuana qanuniləşib


Tailandda tibbi marixuana qanuniləşib
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Tailandda marixuananın tibbi istifadəsi üçün qanuniləşdirilməsi onu kimlərin qanuni olaraq istehsal və kimlərin qanuni olaraq istifadə edə biləcəyi üzərində anaşılmazlıq yaradıb. Ölkənin Milli Assambleyası marixuananın istifadəsi ilə bağlı qanunu keçən ilin sonlarında təsdiqləsə də, bu yeni qanunu tənzimləyən qaydalar hələ də yerinə icra olunmaylb. Hökumətin qeydiyyatından keçmək üçünsə möhlət həftəsonu bitir.

Bütün Tailand boyu minlərlə marixuana istifadəçisi hökumətin hələ də qaydaları aydın olmayan yeni qanununa uyğun olaraq qeydiyyatdan keçib.

Bu sahədə qısa kurslardan keçən səhiyyə işçiləri qeydiyyatdan keçənləri salamlayır.

“Hazırda biz hökumətin təsdiq ertdiyi yeni qanunların keçid dövründəyik. Hökumət yekun bir qanun qəbul etməyincə, marixuana istifadəçiləri müvəqqəti sənədlərdən istifadə edə bilər. Qanun qəbul edildikdən sonra istifadəçilər hökumət tərəfindən ayrılmış həkimlərlə məsləhətləşməlidir" - deyə, əczaçı Poramin Niyompat bildirib.

Tənqidçilər bu bitkini yetişdirmək istəyən böyük şirkətlərin hökumətin leqallaşdırma qanunundan yararlanacaqlarlarını deyirlər.

Tailandın Akradey Çakyinda kimi insan haqları müdafiəçiləri isə rekreasional istifadənin də cinayət olduğundaqn narahatdırlar.

“Ən böyük narahatçılıq ondan ibarətdir ki, polisdə artıq məlumat olduğu üçün onlar istifadəçiləri gəlib evlərində həbs edir. Hazırda polis onları həbs etməyə çalışdığı zaman qeydiyyatdan keçdiklərini və nə qədər istifadə etdiklərini bildirdirəcəkləri üçün polisin onları əfv edəcəyini düşünürlər" , marixuanadan istifadə tərəfdarı Akradej Chakjinda deyib.

Hazırda ailə üzvləri və yaxınlarına ağrıkəsici və depressiya kimi xəstəliklər üçün özəl şəkildə marixuana istehsal edən bir çox insan risk qarşısındadır.

İstehsalçılar və məhsullar mükəmməldən az olduqda, istifadəçilər evdə istehsal olunan vasitələrin işlədiyini iddia edirlər.

İstifadəçilıər isə kifayət qədər keyfiyyətli olmasa belə, evlərdə istehsal edilən marixuananın təsiri olduğunu deyirlər.

“Mən bu haqda daha çox bilmək istəyirəm, çünki mənim atam xərçəng xəstəsidir və mən onun kimya terapiyasından keçməsini istəmirəm. Ona görə də mən onu müalicə etmək üçün marixuanadan hazırlanmış yağdan istifadə etmək istəyirəm" deyə bir şəx deyib.

Belə görünür ölkədə bu məsələ ilə bağlı yeni qanunun qaydaları tənzimlənməyincə Tailand xalqı bundan həqiqətən kimin faydalanacağını izləyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG