Cümə axşamı səhər tezdən Tailandın şimalında, Laosla sərhəddə baş verən güclü zəlzələ Banqkok və Vyetnamın paytaxtındakı hündür binaları silkələyib.
Tailandın şimalındakı ən böyük Çian May şəhərinin sakinləri xəsarət almasalar da, titrəyişləri uzun müddət hiss edib.
Çian May sakinləri uzun sürən titrəyişlərin baş gicəllənməsinə səbəb olduğunu, bəziləri isə evlərində çatlar əmələ gəldiyini deyib.
Zəlzələ zamanı Banqkokdakı çoxmərtəbəli binalar yarım dəqiqə titrəyib. Onlayn videolarındsa yellənən çılçıraqları görmək olub.
Titrəyişlər Vyetnamın paytaxtı Hanoyda da hiss olunub.
Birləşmiş Ştatların Geoloji Tədqiqat Mərkəzi 6.1 bal gücündəki zəlzələnin episentrinin təxminən 10 kilometr dərinlikdə olduğunu bildirib.