Tayvanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Çin adanın özünü müdafiə qabiliyyətini gözdən salmaq və tükəndirmək məqsədi ilə ona qarşı “boz zona” müharibəsi aparır.
Hər iki ildən bir yenilənən hesabatda nazirlik Çindən gələn təhlükəni “kritik” adlandırır. Hesabat Çinin birbaşa hərbi qarşıdurma olmadan adanı yenidən birləşməyə məcbur etmək üçün kibermüharibə, təbliğat və beynəlxalq təcriddən istifadə etdiyini deyir. Hesabatda, həmçinin Pekinin daha çox ənənəvi vasitələrdən istifadə etdiyi vurğulanır.
Hesabatda həmçinin göstərilir ki, Çin keçən ilin sentyabrından avqustun sonuna qədər adanın cənub-qərbindəki hava sahəsinə 554 dəfə müdaxilə edib. Tayvan bildirir ki, təkcə oktyabr ayında 148 müdaxilə olub.
"Qorxuducu davranışı təkcə döyüş gücümüzü tükəndirmir, eyni zamanda imanımızı və mənəviyyatımızı sarsıtmaqla, Tayvan boğazındakı status-kvonu dəyişdirməklə "Tayvanı döyüşsüz ələ keçirmək" hədəfinə çatmaq üçün əzələ nümayiş edilir" deyə Müdafiə Nazirliyindən bildirilir.
Nazirilik həmçinin hava müdaxilələri ilə əlaqədar olaraq bildirir ki, "Hazırda Çin Xalq Azadlıq Ordusu (PLA) kritik dəniz limanlarımıza, hava limanlarımıza və xaricə gedən uçuş marşrutlarımıza qarşı blokada həyata keçirməyə, hava və dəniz rabitə xətlərimizi kəsməyə, hərbi təchizat və logistik resurslarımızın axınına təsir göstərməyə qadirdir".
Çinin PLA-sı 2035-ci ilə qədər başa çatdırmağı hədəfləyən kütləvi modernləşdirmədən keçir. Tayvan da, həmçinin öz silahlarını istehsal etməklə və ABŞ-dan silah alışını artırmaqla öz imkanlarını gücləndirməyə çalışır.
Çin və Tayvan 1949-cu ildə Çin vətəndaş müharibəsindən sonra ayrılıb. Çin Tayvanın ölkənin bir hissəsi olduğunu və hətta güc yolu ilə olsa belə materiklə birləşdirilməli olduğunu iddia edir.