Accessibility links

Tayvan Asiyada həmcinslərin nikahını qanuniləşdirən ilk ölkə oldu


Tayvan
Tayvan

Tayvan cümə günü Asiyada həmcinslərin nikahını qanuniləşdirən ilk ölkə oldu. Minlərlə nümayişçi parlament önündə toplaşaraq bayram edib, göy qurşağı rəngində bayraqları dalğalandırıb.

Parlamentdə çoxluq təşkil edən Demokratik Mütərəqqi Partiyası qanun layihəsini dəstəkləyib. Qanun layihəsi 66-27 səs fərqi ilə təsdiq olunub. Lakin bu qanun layihəsi prezident Tsai İnq-venin növbəti il keçiriləcək seçkidə yenidən prezident seçilməsini əngəlləyə bilər.

Nümayişçilər Taypeydə güclü yağışlara baxmayaraq parlament önündə toplaşıb. Onların bəziləri sevincdən göz yaşları axıdıb, “Asiyada ilk” “Afərin Tayvan!” şüarları səsləndirib.

Gey haqları tərəfdarları parlament önündə qanunvericilərin qərarını gözləyir
Gey haqları tərəfdarları parlament önündə qanunvericilərin qərarını gözləyir

Həmcins cütlükləri heteroseksuallar ilə eyni haqlarla təmin edən qanun layihəsi mayın 24-də Tsai onu imzalayandan sonra qüvvəyə minəcək.

“Bu gün Tayvan üçün qürurlu bir gündür. Biz dünyaya bu torpağın mehribanlıq və inklüzivlik dəyərlərini nümayiş etdiririk”, Tsai qanun layihəsi qəbul olunandan sonra müxbirlərə bildirib.

Lakin qanun yalnız tayvanlı və ya həmslərin evliliklərini qəbul edən ölkələrin vətəndaşı olan həmcinslərin nikahına icazə verir. Bundan əlavə eyni cinsli cütlüklərə onlarla bioloji əlaqəsi olan uşaqları övladlığa götürmələrinə icazə verilir.

Biz ümid edirik ki, bu səsvermə Asiya boyu dalğalar yaradacaq və regionda LGBTI icmasının bərabərlik uğrunda mübarizəsini lazım olan dəstəklə təmin edəcək.

Səsvermə evlilik bərabərliyi ilə bağlı illərdir davam edən mübarizənin 2017-ci ildə demokratik adanın konstitusiya məhkəməsinin eynicinsli cütlükləri evlənmək hüququ ilə təmin edərək, qanun layihəsinin təsdiq olunması üçün mayın 24-dək möhlət tarixi təyin etməsi ilə nəticələnməsindən sonra keçirilib.

Taypeydə hər il Asiyanın ən böyük gey paradı keçirilir. Bu rəngarəng gey paradda adanın lezbiyan, gey, biseksual və transgender icması təmsil olunur.

İnsan haqları qrupu Amensty International “uzun və çətin kampaniyanın” başa çatmasını alqışlayıb.

“Biz ümid edirik ki, bu səsvermə Asiya boyu dalğalar yaradacaq və regionda LGBTI icmasının bərabərlik uğrunda mübarizəsini lazım olan dəstəklə təmin edəcək”, Amesty International təşkilatının Tayvan ofisinin direktor vəzifəsini icra edən Annie Huanq söyləyib.

XS
SM
MD
LG