Accessibility links

Tayvanda irimiqyaslı hərbi təlim keçirilib


Tayvanda irimiqyaslı hərbi təlim keçirilib
Tayvanda irimiqyaslı hərbi təlim keçirilib

Tayvan hərbçiləri Çindən mümkün hücuma hazır olduqlarını nümayiş etdirmək üçün irimiqyaslı hərbi təlim keçiriblər.

ABŞ istehsallı F-16 və Tayvan istehsallı Yeri Müdafiə Qırıcısı markalı təyyarələr daxil olmaqla dörd qırıcı Pintunq Mahalının üstü ilə uçublar. Təyyarələr ilk öncə magistral yolunun bir hissəsində yerə enməli idilər, amma pis hava şəraiti üzündən bu plan təxirə salınıb.

Manevrlərə habelə iki hücum və bir nəqliyyat helikopteri cəlb olunub.

Tayvan və Çin 1949-cu ildə, Mao Zedunqun kommunist qüvvələri Çanq Kay Şek hökumətini əsas ərazidən vurub çıxardıqdan sonra ayrılıblar. Pekin Tayvanı Çin ərazisi hesab edir və gec-tez bu ərazi üzərində suverenliyini bərpa edəcəyini iddia edir.

XS
SM
MD
LG