Accessibility links

Təbrizdə Urmu aksiyası: 14 azərbaycanlı tutulub [Video]


Təbrizdə etiraz aksiyası
Təbrizdə etiraz aksiyası

ETTELAAT-ın mülki geyimli əməkdaşları polis qüvvələri ilə birlikdə dinc aksiyaçılara hücuma keçib

İyunun 10-u Təbrizdə Iran hökumətinin Urmiya gölünün qurumasına laqeyd yanaşmasına qarşı etiraz aksiyası keçirilib.

“Media forum” saytının məlumatına görə ETTELAAT-ın mülki geyimli əməkdaşları polis qüvvələri ilə birlikdə “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu”, “Urmu gölü səslənir: susuzam haray, haray” və “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarları səsləndirən dinc aksiyaçılara hücuma keçib. 14 nəfər tutulub.

Tutulanlardan 7-sinin adını müəyyənləşdirmək mümkün olub: Miryasin Hüseyni, Əkbər Əbülzadə, Nima Abbaspur, Arman Zakir, Əfşin İsmayılzadə, Süheyl Qadiri və Vəhid Vəlizadə.
Həbs edilən fəalların hazırda polis idarəsində saxlandığı, fiziki və psixi təzyiqlərə məruz qoyularaq dindirildiyi bildirilir.
XS
SM
MD
LG