Accessibility links

Təbrizdə asılmış vəziyyətdə tapılan şəxs Azərbaycan vətəndaşıdır


Dar ağacı

İyulun 6-da KİV-də yayılmış məlumata əsasən, İranın Təbriz şəhərində yerləşən “Cahannamə” mehmanxanasında bir şəxsin asılmış vəziyyətdə tapıldığı və həmin şəxsin Azərbaycanın vətəndaşı olduğu bildirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, nazirliyin təlimatı əsasında Azərbaycanın Təbrizdəki baş konsulluğu İranın aidiyyəti orqanları ilə əlaqə saxlayıb və bu şəxsin 1969-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Ədalət Həşimov olduğu bildirilib.

Hazırda baş konsulluq Təbriz şəhərinə gəlmiş mərhumun yaxın qohumlarına lazımı dəstək və konsulluq yardımı göstərərək cəsədə baxışın keçirilməsi, eləcə də mərhumun cənazəsinin mümkün olan ən qısa müddətdə Azərbaycana göndərilməsi üçün təxirəsalınmaz tədbirlər görür.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG