Accessibility links

Sumqayıtda 18 nəfər saxlanılıb


Hüquq-mühafizə orqanları iyulun 15-də Sumqayıt şəhərində (Bakıdan 36 kilometr şimal) Gəncə hadisələrindən sonra sosial şəbəkələr vasitəsilə çağırışı həyata keçirilən mümkün etiraz aksiyasının qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri həyata keçirib.

Polis və xüsusi təyinatlı dəstələr şəhər administrasiyası qarşısındakı meydana keçidləri bağlayıb. Bitişik küçələrdə bir neçə zirehli texnika görünüb.

Yerli medianın hüquq mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.

Xatırladaq ki, iyulun 10-da Gəncədə şəhər administrasiyasının binası qarşısında qarşıdurma zamanı iki polis zabiti öldürülüb. Etirazlar iyulun 3-də sui-qəsdə məruz qalan şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevin işindən narazılıqla əsaslandırılıb.

Rəsmi məlumatlara görə, sui-qəsdlər dini radikallar tərəfindən təşkil edilib.

Bundan sonra sosial şəbəkələrdə şübhəli profillər vasitəsilə Sumqayıtda şəhər rəhbərliyinin fəaliyyətinə qarşı etiraz əlaməti olaraq bu hərəkətləri təkrar etmək çağırışları yayılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG