Accessibility links

Tehranın keçmiş meri ölüm cəzasına məhkum edilib


Tehranın ikinci arvadını qətləi yetirdiyini etiraf edən keçmiş meri Məhəmməd Nəcəfi ölüm cəzasına məhkum edilib. Qabaqcıl islahatçı kimi tanınan Nəcəfiyə qarşı rəsmi döymə, qətl və qanunsuz silah saxlamaq ittihamı irəli sürülmüşdü.

Prokuror mayın 28-də deyib ki, Nəcəfi“polis əməkdaşlarına təslim olub” və həyat yoldaşını məişət zəminində qətlə yetirdiyini etiraf edib.

Mitra Ostadın meyiti Tehranın şimal-qərbindəki zəngin Səadətabad məhəlləsindəki evində aşkar olunub.

IRNA rəsmi xəbər agentliyi polisə istinadən bildirib ki, qadına bir neçə güllə vurulub.

Odlu silahla törədilən belə qətllər İranda nadir hadisədir.

Nəcəfi vəzifəsindən ötən il, gənc qızların rəqs etdiyi bir tədbirə qatıldıqdan sonra sərtxətt tərəfdarları tərəfindən kəskin tənqid olunaraq istefa vermişdi, hərçənd istefasına səbəb kimi sağlamlığı ilə bağlı problemləri də göstərmişdi.

Ensaf News internet portalının bir müxbiri deyib ki, Ostad mayın 27-də agentliyə zəng etmiş və müsahibə vermək istədiyini bildirmişdi.

Jurnalist Parisa Salehi əlavə etmişdi ki, Ostad Ensaf portalının redaksiyasına mayın 28-də gəlməli idi.

Məhkəmənin qərarı yekun deyil, belə ki, Nəcəfinin apellyasiyaya müraciət haqqı var.

Ostadinin ailəsi islama görə intiqam qanunun tətbiq edilməsini istəyib. “Qana qan” adlanan cəza növü bu instansiyada ölüm hökmü ilə nəticələnir.

Nəcəfinin məhkəməsi ən kiçik detallaradək diqqət dövlət mediasının mərkəzində olub. Belə ki, siyasətçi ilə bağlı belə bir qalmaqal nadir hallardan hesab edilir.

Riyaziyyatçı, professor və veteran siyasətçi olan Nəcəfi bir zamanlar prezident Həsən Ruhaninin iqtisadi müşaviri və təhsil naziri vəzifələrində çalışıb.

O, Ostanla ilk arvadından boşanmadan evlənmişdi. Çoxarvadlılıq İranda qanuni hesab edilsə də, bu, ictimai qınaqlara səbəb olur.

İranın bəzi ifrat sərxətt tərəfdarları prosesi islahatçıların “mənəvi iflası” adlandırılıb.

İslahatçılar isə dövlət medaisında prosesin qərəzli şəkildə qələmə verildiyindən şikayətlənib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG