Müstəqillik dövründə 6000-dən çox azərbaycanlı ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramları ilə ABŞ-a səfər edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb.
Beynəlxalq Təhsil İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ABŞ-da 1.078.822 beynəlxalq tələbə təhsil alıb. 156.879 beynəlxalq tələbə qəbul edən Kaliforniya ştatının kollecləri və universitetləri 2017-ci ildə tələbələr arasında ən populyar olub. 118.000-dən çox beynəlxalq tələbəyə ev sahibliyi edən Nyu-York ştatı isə ikinci yerdə qərarlaşıb.
Xəritədə qırmızı rənglə 2017-ci ildə beynəlxalq tələbələrin sayına görə ən populyar ştatlar göstərilir.